Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş
Digər xəbərlər

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Vətənin nəbzi ilə döyünən ürək" adlı tədbir

DOST İnklüziv İnkişaf Yaradıcılıq Mərkəzinin təlimçi benefisiarlarının ifasında Ümummilli Liderə həsr olunmuş kompozisiyalar təqdim edilib

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf Yaradıcılıq Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Vətənin nəbzi ilə döyünən ürək" adlı tədbir keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr kommunikasiya şöbəsindən verilən məlumata görə, tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini Əli Əhmədov, əmək əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Xalq rəssamı, akademik Ömər Eldarov, hökumət qurumlarının nümayəndələri, Milli Məclisin üzvləri mədəniyyət xadimləri iştirak ediblər.

Tədbir iştirakçıları "Heydər Əliyev İli" çərçivəsində mərkəzin təlimçiləri benefisiarlarının hazırladığı əl işlərindən ibarət sərgi, habelə mərkəzdə yaradılmış şəraitlə, peşə-yaradıcılıq otaq studiyaları ilə tanış olublar.

Tədbirin açılışında çıxış edən Ö.Eldarov Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Vətənin nəbzi ilə döyünən ürək" adlı tədbirdə iştirak etdiyinə görə məmnunluğunu ifadə edib mərkəzdə əlilliyi olan şəxslərin digər həssas qrupların bacarıqlarının inkişaf etdirilməsi üçün görülən işlərin əhəmiyyətini vurğulayıb.

S.Babayev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin sosial inkişaf strategiyasının nailiyyətlərini, həmin strategiyanın Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi nəticəsində sosial sahədə əldə olunan mühüm uğurları diqqətə çatdırıb.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən şəhid ailələrinə, əlilliyi olanlara, digər həssas qruplara, onların qabiliyyət istedadlarının inkişafına daim xüsusi qayğı göstərilib. 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf Yaradıcılıq Mərkəzi Ulu Öndər Heydər Əliyevin həssas qrupların yaradıcı potensialının inkişafına böyük qayğısının uğurla davam etdirildiyini təcəssüm etdirir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan mərkəzdə həssas qrupların istedad bacarıqlarının inkişaf etdirilməsi, sosial inteqrasiyası məqsədilə aparılan işlər qeyd edilib.

Sonra DOST İnklüziv İnkişaf Yaradıcılıq Mərkəzinin təlimçi benefisiarlarının ifasında bədii-musiqili hissə təqdim olunub. Mərkəzin zərb alətləri üzrə təlimçisi, "Natiq" ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov, tar ifaçılığı üzrə təlimçi, Əməkdar artist Şəhriyar İmanov, kamança ifaçılığı üzrə təlimçi Elnur Mikayılov, piano ifaçılığı üzrə təlimçi Naibə Şahməmmədova, mərkəzin İnklüziv Kamera Orkestri (bədii rəhbər dirijor, professor Məleykə Əhədzadə) benefisiarları ilə birgə çıxış ediblər.

Həmçinin Azərbaycan Dövlət Televiziyasının Beynəlxalq Muğam Mərkəzinin solisti Mirələm Mirələmov, VII Muğam Televiziya Müsabiqəsinin xüsusi mükafatçısı Suma Tapdıqova, gənc ifaçıların 4- Respublika müsabiqəsində 1-ci yeri tutmuş Səməd Novruzov başqaları benefisiarlarla eyni səhnəni bölüşüblər. Konsert proqramında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kompozisiyalar təqdim edilib, həyatının müxtəlif məqamlarını əks etdirən videomateriallar nümayiş olunub.

Mustafa KAMAL,

Respublika”.