Ümummili Liderin anadan olmasının 101-ci ildönümünə həsr olunan idman yarışlarına start verilib
Sosial həyat

Ümummili Liderin anadan olmasının 101-ci ildönümünə həsr olunan idman yarışlarına start verilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman İdarəsi üzrə Yasamal rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə ümummili lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan ali və orta ixtisas təhsil müəssisələrinin komandaları arasında silsilə idman yarışlarına start verilib.

Aprel ayının 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində şahmat idman növü üzrə yarış baş tutub. Yarışda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakiminin birinci müavini Hüseyn Əfəndiyev, Bakı şəhər Gənclər və İdman İdarəsi üzrə Yasamal rayon Gənclər və İdman sektorunun sədri İlham Səfərov və Azərbaycan Dövlət Pedaqoji Kollecin direkotu İsrayıl İsgəndərov iştirak edib.

İlk öncə Dövlət Himninin səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirdi ki, ümummilli lider Heydər Əliyev daim idmançıların cəmiyyət həyatındakı rolunun artmasına, özlərinə layiqli yer tutmalarına xüsusilə diqqət yetirirdi. Bu gün Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqəti vardır.

Yasamal Rayon İcra Hakiminin birinci müavini Hüseyn Əfəndiyev bildirib ki, dünya miqyasında idman ölkəsi kimi tanınan Azərbaycan son 20 ildə qazandığı yüksək nəticələrin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir.

Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov, Azərbaycan Dövlət Pedaqoji Kollecin direkotu İsrayıl İsgəndərov qeyd edib ki, bu cür idman yarışlarının keçirilməsi həm gənclərdə idmana qarşı maraq oyadır, həm də gənc nəsil sağlam şəkildə böyüyür.

Yarışın sonunda qalib komandanların üzvləri müvafiq olaraq diplom və medallarla mükafatlandırılıb. İlk üç yerin qalibi olmuş komandaların üzvləri ilə xatirə şəkli çəkilib.

“Respublika”.