UNUDULMAZ QƏHRƏMAN
Sosial həyat

UNUDULMAZ QƏHRƏMAN

1995-ci ilin mart hadisələri

Lənkəran şəhərinin mərkəzində yaşıllıqlar içində gözəl bir park var: Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyev adına "Dostluq" mədəniyyət istirahət parkı. Gənclərin and yeri olan müqəddəs ünvan. Qəhrəmanın ad günündə şəhidlik zirvəsinə ucaldığı tarixdə parkda qələbəlik olur. Əsgərin ziyarətinə təkcə Lənkərandan deyil, Bakıdan, qonşu rayonlardan da gəlirlər.

Əsgər Əliyev 8 noyabr 1974- ildə Lənkəran rayonunun Ləj kəndində dünyaya göz açmışdı. Doğma kənddə VIII sinfi, Haftoni qəsəbə tam orta məktəbində isə orta təhsilini başa vurmuşdu. Məktəb illərindən hərbçi olmaq, Vətənin keşiyində durmaq arzusu ilə yaşayırdı.

1992-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank-artilleriya fakültəsinə qəbul olunur. Dərslərini böyük həvəslə oxuyur, komandirlərin tapşırıqlarını məsuliyyətlə yerinə yetirirdi. Əsgər Əliyev döyüş siyasi hazırlığa malik nümunəvi kursant kimi hamının hörmətini qazanmışdı. Arzusu qardaş Türkiyədə təhsilini davam etdirmək idi.

1995-ci ilin mart hadisələri onun ülvi arzularını ürəyində qoydu. Bəzi xəyanətkar qüvvələr ümummilli lider Heydər Əliyevin sayəsində ölkədə bərqərar olmuş sabitliyi, əmin-amanlığı pozmağa, milli dövlətçiliyimizi dağıtmağa, müstəqilliyimizi ləğv etməyə, qardaş qırğını salmağa çalışırdılar.

Həmin o qara qüvvələr 1995-ci ilin mart ayının 14-17 tarixlərində xaricdəki havadarları ilə birləşib Bakı şəhərində silahlı qarşıdurmaya, dövlət çevrilişinə cəhd etdilər. Belə bir vəziyyətdə xalqımızın mərd, igid oğulları heç nədən çəkinmədən ulu öndərin ətrafında sıx birləşərək milli dövlətçiliyimizin müdafiəsinə qalxdılar.

Döyüş zamanı gənc kursant Əsgər Əliyev əsl igidlik, şücaət göstərdi. Hərbi anda sadiq qalaraq 4 yaralı yoldaşını güllə yağışının altından çıxarıb yaralı zabiti maşına qoyarkən özü snayper gülləsinə tuş gəldi. 21 yaşlı Əsgər Əliyev döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid oldu.

Azərbaycan Prezidenti Heydər Əliyevin 4 aprel 1995-ci il tarixli fərmanı ilə ölümündən sonra Əsgər Ələkbər oğlu Əliyev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev 1998-ci il oktyabr ayının 5- Lənkəranda cənub rayonlarının seçiciləri qarşısında söylədiyi nitqində Əsgər Əliyevin şücaətini belə qiymətləndirmişdi: "Martın 17- Azərbaycanın müstəqilliyini qorumaq uğrunda döyüşən gənc Əsgər Əliyev həlak oldu. Milli Qəhrəman adı almış Əsgər Əliyevin atası burada çıxış etdi. Mən bu gün Əsgər Əliyevin xatirəsi qarşısında baş əyirəm. Onun atasına "Afərin, əhsən!" - deyirəm, belə övladları yetirən kişilərə "Sağ ol!" - deyirəm".

Lənkəranlılar qəhrəmanın xatirəsini daim əziz tuturlar. Şəhərin mərkəzində Milli Qəhrəman Əsgər Əliyev adına parkda onun büstü ucaldılıb.

Söhbət zamanı Milli Qəhrəmanın atası Hacı Ələkbər Əliyev oğlunun bütün şəhidlərin qəhrəmanlığı ilə fəxr etdiyini, qürur duyduğunu, Vətənimizin azadlığı, suverenliyi, torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarını qurban vermiş igidlərin parlaq xatirələrinin həmişə hörmətlə anıldığını, keçdikləri şərəfli ömür yolunun gənclərə örnək olduğunu dedi. Şəhid ailələrinə göstərilən davamlı diqqət qayğıya görə ölkə Prezidenti İlham Əliyevə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlığını bildirdi.

Vətən naminə mübarizədə ölümün gözünə dik baxmış, şəhidlik zirvəsinə ucalmış hər bir igidin, qəhrəmanın adı bizim üçün çox əzizdir. İllər ötsə , Əsgər Əliyev kimi qəhrəmanların hünəri Azərbaycan tarixində parlaq səhifə olaraq əbədi qalacaq.

Əlisəfa HƏSƏNOV,

"Respublika".