Vətən müharibəsi qazisinin tibbi xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb
Sosial həyat

Vətən müharibəsi qazisinin tibbi xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir. Növbəti dəfə Vətən müharibəsi qazisinin tibbi xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb.

"Respublika" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, könüllü olaraq Füzuli, Cəbrayıl, Xocavənd torpaqlarında döyüşən, Şuşada yaralanan “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan Cavid Nurinin tibbi xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.