Vətən müharibəsi veteranlarının uşaqları  DOST İş Mərkəzində
Sosial həyat

Vətən müharibəsi veteranlarının uşaqları  DOST İş Mərkəzində

“Uşaq hüquqları aylığı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki DOST İş Mərkəzində Vətən müharibəsi veteranlarının uşaqları ilə görüş olub. Uşaqlarla birgə onların valideynləri də görüşdə iştirak ediblər.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, ölkəmizdə uşaq hüquqları və müdafiəsi mexanizmləri, uşaqların sosial müdafiəsi, yaşı 18-dən az olan işçilər üçün əmək münasibətləri sahəsində nəzərdə tutulan əlavə təminat və güzəştlər barədə uşaqlara məlumat verilib. Uşaq hüquqlarının qorunması mövzusunda onlar üçün təlim keçirilib. Uşaqlar həmçinin DOST İş Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar. Vətən müharibəsi veteranları isə  DOST İş Mərkəzinin direktoru, Vətən müharibəsi veteranı Firudin Cəbrayılovla görüşüb, onunla 44 günlük savaşla bağlı xatirələrini paylaşıblar.

“Respublika”.