SƏNİNLƏYİK,  TÜRKİYƏ...
Sosial həyat

SƏNİNLƏYİK, TÜRKİYƏ...

Kadermiş; çəkəcəyik,

dərdlər ürəyə qalar,

qalxıb-dirçələcəyik;

pislik Fələyə qalar!

sevincin-qürurumuz,

qəminləyik, Türkiyə,

səninləyik, Türkiyə!

 

Tanrı Türkü qorusun;

bir heyrətsən, bir ovsun,

çovğun olsun, qar olsun,

çaylar daşıb gur olsun,

iki dünya bir olsun:

qəlbinləyik, Türkiyə,

səninləyik, Türkiyə!

 

Bizlər Tanrı yanında

bir tale yazısında,

ikimizin çöhrəmiz

bir amal aynasında,

keşməkeşli cahanın

"Türkçülük dəryasında"

yelkəni ümid dolu

gəmindəyik, Türkiyə,

səninləyik, Türkiyə...

Vahid ƏZİZ.