Vətəndaş müharibəsinin hökm sürdüyü Sudanda hava məkanı qismən açılıb
Dünya xəbərləri

Vətəndaş müharibəsinin hökm sürdüyü Sudanda hava məkanı qismən açılıb

Sudan Mülki Aviasiya İdarəsi ölkənin şərqində hava məkanının qismən açıldığını elan edib.

“Respublika” xəbər verir ki, bu barədə “Anadolu agentliyi” məlumat yayıb.

Bildirilib ki, Qırmızı dəniz əyalətinin bir hissəsi olan Port Sudan şəhərindəki Beynəlxalq Hava Limanı avqustun 15-dən mülki uçuşlara açılıb.

Xatırladaq ki, aprelin 15-dən etibarən Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri  arasında toqquşmalar səbəbindən evakuasiya və humanitar yardım uçuşları istisna olmaqla, hava məkanı bağlanmışdı.

Musa Bağırlı,

“Respublika”.