Xəzər dənizində baş vermiş zəlzələ Qazaxıstanda da hiss olunub
Digər xəbərlər

Xəzər dənizində baş vermiş zəlzələ Qazaxıstanda da hiss olunub

Xəzər dənizində baş vermiş zəlzələ Qazaxıstanın qərbində yerləşən Aktau liman şəhərində də hiss olunub.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin seysmoloji təcrübə-metodiki ekspedisiyası məlumat verib.

Qazaxıstanlı seysmoloqların məlumatına görə, yeraltı təkanlar Aktauda 2-3 bal gücündə hiss olunub.

Xatırladaq ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası 5.7 olan zəlzələ qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.