“XƏZƏR - DOSTLUQ DƏNİZİ
Region

“XƏZƏR - DOSTLUQ DƏNİZİ" MOTOYÜRÜŞ KARVANI ASTARADA

Aprel ayının əvvəlində Rusiya Federasiyasının Həştərxan şəhərindən "Xəzər - dostluq dənizi" adlı motoyürüş start götürüb. Xəzəryanı ölkələrdən - Azərbaycan, Qazaxıstan, Türkmənistan respublikalarından İrandan keçməklə yürüşün aprelin 11- başa çatacağı nəzərdə tutulub.

Yürüş karvanı mavi Xəzərin sahilində yerləşən Astara şəhərinə yetişib. Motoyürüşün rəhbəri, Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini yürüş iştirakçılarını dənizkənarı park-bulvar kompleksində Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qarşılayıb. İcra başçısı qonaqlara Astaranın coğrafi mövqeyi, təbiəti, sosial-iqtisadi inkişafı, turizm potensialı barədə məlumat verib. Tarixi İpək yolu üzərində yerləşən, dəniz dağ təbii landşaftlarına malik rayonda turizmin inkişafı üçün geniş imkanlar mövcuddur. Yurdumuzun cənub qapısı Astaranın yaxın gələcəkdə həm böyük logistika mərkəzinə çevriləcəyi qeyd olunub.

İcra başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişaf edərək dünyanın inkişaf edən təhlükəsiz ölkələrindən biri olduğunu, dostluq əməkdaşlıq ənənələrinə daim sadiq qaldığını etibarlı tərəfdaş kimi tanındığını diqqətə çatdırıb. Motoyürüşün ölkələrimiz arasında dostluq səmərəli əməkdaşlığın daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcəyini vurğulayıb.

Qubernator İqor Babuşkin layihə barədə məlumat verərək qeyd edib ki, əsas məqsəd Xəzəryanı ölkələr arasında dostluq əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsidir. Sülhə, dostluğa xidmət edən layihənin həyata keçirilməsində verdiyi dəstəyə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə xüsusi minnətdarlığını bildirən qubernator ölkələrimiz arasında mehriban qonşuluq dostluq əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib.

Yürüş iştirakçıları Astaranın gözəl, füsunkar guşələrindən sayılan dənizkənarı park-bulvarla yaxından tanış olublar.

Əlisəfa HƏSƏNOV,

"Respublika".