Xəzərin Sumqayıt sahilində təmizlik aksiyası keçirilib
Ekologiya

Xəzərin Sumqayıt sahilində təmizlik aksiyası keçirilib

28 May Müstəqillik Günü ərəfəsində ölkənin Xəzərboyu bütün ərazilərində, o cümlədən də Sumqayıt şəhərinin Corat qəsəbəsi sahilində təmizlik aksiyası keçirilib.

30 may Nazirliyin mətbuat xidmətindən bildirilir ki, aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliliyi və Sumqayıt Şəhərİcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

Xəzərin Sumqayıt ərazisi sahilinin tullantılardan təmizlənməsi məqsədilə təşkil olunan ekoloji aksiyaya 100-dən çox ASAN könüllüləri, digər qurumların könüllüləri, ictimaiyyat nümayəndələri qoşulub. Zəruri sanitar ləvazimatlarla təmin edilmiş iştirakçılar aksiya çərçivəsində sahildən toplanmış tullantıların çeşidlənməsini həyata keçirib, daha sonra şəhərin təmizlik departamentinin nümayəndələrinə təhvil veriblər.

“Respublika”.