G7-nin növbəti toplantısının tarixi məlum oldu
Dünya xəbərləri

G7-nin növbəti toplantısının tarixi məlum oldu

G7 ölkələrinin xarici işlər nazirləri noyabrın 7-8-də Tokioda görüşmək barədə razılığa gəliblər.

"Respublika" xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, razılıq G7 ölkələrinin (ABŞ, Birləşmiş Krallıq, Fransa, Almaniya, Kanada, İtaliya, Aİ və Yaponiya) xarici işlər nazirlərinin Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası zamanı baş tutan görüşündə əldə edilib.   

Nəzrin ELDARQIZI,

"Respublika".