Yakob Bisep: Avropa Fransaya müstəmləkəçiliyə son qoymaqla bağlı heç bir təzyiq göstərmir
Dünya xəbərləri

Yakob Bisep: Avropa Fransaya müstəmləkəçiliyə son qoymaqla bağlı heç bir təzyiq göstərmir

Fransanın məqsədi assimilyasiya etməkdir. Fransa bu siyasətinə ilk olaraq dildən başlayır.

Bunları Qvadelupanın azadlığı naminə xalq birliyinin nümayəndəsi Yakob Bisep mətbuat konfransında deyib.

"Xalqlarımız fransız dilində danışmağa məcbur edilirlər. Mübarizələrimiz maneələrlə rastlaşır.

Fransa əlindən gələni edir ki, Avropa ölkələri müstəmləkə məsələsindən uzaq qalsın, marağında olmasın. Fransa Avropa İttifaqında müstələməkə tərəfdarı lobbilərin səsinin eşidilməsinə çalışır.

Avropa Fransaya müstəmləkəçiliyə son qoymaqla bağlı heç bir təzyiq göstərmir. Aİ-də olan üzv dövlətlərin bəziləri də müstəmləkə dövləti olublar", - deyə Y.Bisep bildirib.