Rusiyadan Ukraynaya növbəti hücum
Dünya xəbərləri

Rusiyadan Ukraynaya növbəti hücum

Rusiya ordusu iyulun 6-dan 7-nə keçən gecə İran istehsalı olan kamikadze dronları ilə Ukraynanın Dnepropetrovsk vilayətinə hücum edib.  

“Respublika” xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Lısak məlumat yayıb. 

Məlumatda 6 "Shahed" Vostok Hava Komandanlığının qırıcılarının Ukrayna müdafiə qüvvələri tərəfindən vurulduğu bildirilib. Dronlardan birinin qalıqlarının magistral yolda hərəkət edən avtomobilin üzərinə düşməsi nəticəsində iki nəfər həyatını itirib. 

Həmçinin qeyd etmək lazımdır ki, PUA-lardan biri Krivoy Roq rayonundakı özəl müəssisəyə düşüb. Nəticədə 10 nəfər ölüb, 42 nəfər yaralanıb. 

Nəzrin ELDARQIZI,

“Respublika”.