Türkiyədə 7 ay ərzində 19.800 qeyri-qanuni mühacir tutulub
Dünya xəbərləri

Türkiyədə 7 ay ərzində 19.800 qeyri-qanuni mühacir tutulub

Türkiyə Sahil Mühafizəsi Komandanlığı 2023-cü ilin ilk 7 ayı üçün qeyri-qanuni miqrasiyaların sayı haqqında statistika paylaşıb. 

"Respublika" Türkiyə Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, ötən ilə nəzərən bu ilin ilk yarısında qeyri-qanuni mühacirlərin sayında azalma baş verib. 

2022-ci ildə 826 olan qeyri-qanuni miqrasiyaların sayı, 2023-cü ilin ilk 7 ayında 707 olaraq hesablanıb. Qeyri-qanuni yollarla xaricə getməyə çalışarkən tutulan immiqrantların sayı 2022-ci ildə 25 min 460 ikən, 2023-cü ilin ilk 7 ayında 19 min 800-ə çatıb. 

Töhfə SƏMƏDOVA,

“Respublika”.