Roma Papasından
Dünya xəbərləri

Roma Papasından "Taxıl sazişi" ilə bağlı çağırış

Roma Papası Fransisk bazar günü Vatikanda həftəlik çıxışı zamanı “Taxıl sazişi”ni bərpa etməyə çağırıb.

"Respublika" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Bildirilib ki, Papa “Taxıl sazişi”nin müddətinin uzadılmasının milyonlarla ac insanı xilas etməyə kömək edəcəyini qeyd edib:

“Mən qardaşlarım Rusiyanı taxılın təhlükəsiz daşınmasına imkan verəcək Qara Dəniz Taxıl Təşəbbüsünü yenidən işə salmağa çağırıram”.

Qeyd edək ki, ötən həftə Rusiya prezidenti Vladimir Putin hökumətlə görüşdə Moskvanın “Taxıl sazişi”nə qarşı olmadığını və Rusiya tərəfinin irəli sürdüyü bütün əsas şərtlər yerinə yetirilən kimi ona qayıtmağa hazır olduğunu bildirib.

Nəzrin ELDARQIZI,

"Respublika".