Sosial həyat

"YAŞAT" Fondunun "Hədiyyə Karvanı" layihəsi

"YAŞAT" Fondunun təşkilatçılığı ilə növbəti dəfə həyata keçirilən "Hədiyyə Karvanı" layihəsi davam edir. 8 iyun “ASAN radio”dan verilən məlumatda bildirilir.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində reallaşdırılan layihə çərçivəsində şəhidlərimizin 14 yaşınadək olan övladlarına hədiyyə qutuları çatdırılır.

1 iyun tarixindən bu günədək layihə çərçivəsində 1344 qutu aidiyyəti üzrə təhvil verilib.  Daha 322 qutunun təqdim olunması prosesi isə davam edir. Məqsəd onlara sevinc bəxş etmək, eləcə də onların hərtərəfli inkişafına dəstək olmaqdır.

“Respublika”.