Yaxşı günün, çətin günün dostları
Türk dünyası

Yaxşı günün, çətin günün dostları

"Azərbaycan bizim üçün sadəcə dövlətlərdən bir dövlət, azərbaycanlı qardaşlarımız da millətlərdən bir millət deyildir. Biz eyni dili danışan, eyni inanca mənsub, ortaq bir tarixi keçmişi olan, sözdə deyil, əməldə qardaş, bir millət, iki dövlətikBizim nəzərimizdə Qarsdakı, İğdırdakı, Ərzurumdakı vətəndaşımızla Naxçıvandakı qardaşımız arasında heç bir fərq yoxdur. Bizim üçün İzmir, İstanbul, Ankara, Antalya nədirsə, Bakı da elədir". Bu fikirləri 2015-ci il martın 17- Qarsda Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin açılışında Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında səsləndirmişdir. Bu kəlamlar tarixin müxtəlif dönəmlərində çətin sınaqlardan keçən, həmrəylik mücəssiməsi olan iki dost, iki qardaş - Azərbaycan-Türkiyə birliyinin nümunəsidir.

Eyni soykökə sahib olan xalqlarımız tarixin ən çətin sınaqlarında, yadelli işğalçılarla mübarizələrdə türk dünyasının tarixinə qəhrəmanlıq salnaməsi yazmışlar. Bu bir reallıqdır ki, xalqlar arasında qardaşlıq bağları düşmənə qarşı savaşlarda daha da möhkəmlənir, mətinləşir. Bir ananın iki övladı sayılan xalqlarımız da hər zaman dar gündə bir-birinə arxa-dayaq olmuş, tarixin sınaqlarından çıxan dostluğunu, qardaşlığını zaman-zaman əbədiləşdirmişdir. Hələ Birinci Dünya müharibəsi illərində İngiltərə, Fransa Anzaklardan ibarət olan üçlük - Antanta Osmanlı dövlətinin paytaxtı İstanbulu tutmaq, Rusiya ilə ticarət əlaqələri yaratmaq, eyni zamanda alman müttəfiqlərindən birini zəiflətmək məqsədlərini həyata keçirməyə Çanaqqala boğazından başladılar. Boğaza nəzarəti ələ keçirmək istəyən düşmən koalisiyasına qarşı Türkiyə Azərbaycan əsgərləri bir cəbhədə mübarizə apardılar, azərbaycanlı könüllülər türk qüvvələri ilə birləşərək Gelibolunun müdafiəsində Antanta dövlətlərinə qarşı qəhrəmanlıqla döyüşdülər. Qardaş köməyinə gedən 3 minə yaxın azərbaycanlı Çanaqqala savaşında canından keçərək şəhidlik zirvəsinə ucaldı. Bu, Türkiyə-Azərbaycan birliyinin, xalqların bir-birinə təmənnasız dəstəyinin qarşılıqlı yardımın ən bariz təzahürü idi.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduğu zaman xalqlarımızın qardaşlığı, doğmalığı bir daha özünü göstərdi. O illərdə Bakının erməni-daşnak silahlı qüvvələrinin işğalı altında olması səbəbindən milli hökumət Gəncə şəhərində yerləşmişdi. Cümhuriyyətin qarşısında duran ən mühüm məsələ isə Bakının azad edilməsi idi. Lakin erməni-daşnak silahlı birləşmələrindən ibarət olan Bakı Xalq Komissarları Sovetinin 7 min bolşevik 4 min erməni silahlısı olduğu halda, Əlahiddə Azərbaycan Korpusu Qafqaz İslam Ordusunun silahı, cəbbəxanası var idi. Mustafa Kamal Atatürkün rəhbərlik etdiyi Osmanlı İmperiyası dar gündə azərbaycanlı qardaşlarından köməyini əsirgəmədi. Türk zabitləri, hərbi məsləhətçiləri əsgərləri azərbaycanlılarla birləşərək işğalçı qüvvələrə qarşı vahid cəbhə yaratdılar. 1918-ci il iyunun 4- Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında "Qarşılıqlı yardım dostluq haqqında" müqavilə imzalandıqdan sonra iyun ayının sonlarında Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Göyçay ətrafındakı döyüşlərdə müharibənin taleyini həll etdi. Gəncəyə doğru irəliləyən Bakı Soveti Qoşunları türk ordusunun qarşısında duruş gətirə bilmədi, daşnakların silahlı birləşməsi darmadağın edildi. Canı bir, qanı bir türk qardaşlarının köməyi ilə Bakının işğalçı daşnaklardan azad edilməsi Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsində dönüş nöqtəsi oldu, Türkiyə ilə Azərbaycan arasında tarixi-mədəni əlaqələri isə daha da möhkəmləndirdi. Azərbaycan tarixinin bu mühüm məqamında qardaş türk xalqının misilsiz fədakarlığı sayəsində Bakının azad olunması sarsılmaz dostluğun, qardaşlığın növbəti nümunəsi idi.

Azərbaycanın 2020-ci ildə başlayan Vətən müharibəsində qələbəsi, torpaqlarını Ermənistanın işğalından azad etməsi iki qardaş ölkənin həm diplomatik, həm hərbi uğurudur. Bu qələbə həm Türkiyə ilə Azərbaycanın çətin gündə , xoş gündə hər zaman bir yerdə eyni mövqedə olduğunun göstəricisidir. İkinci Qarabağ müharibəsi bitdikdən sonra isə Zəfər paradında türk azərbaycanlı əsgərlərin çiyin-çiyinə inamla addımlaması iki dövlətin birlikdə daha güclü, daha məğlubedilməzliyinin təzahürü idi.

İkinci Qarabağ müharibəsinin başladığı ilk saatlarından son gününə qədər Azərbaycanın yanında olan qardaş Türkiyə dövləti türk xalqı müharibə bitdikdən, şanlı zəfərimiz əldə olunduqdan sonra da ölkəmizə dəstəyini, qardaş məhəbbətini əsirgəmədi, hər zaman olduğu kimi, bu dəfə Azərbaycana arxa-dayaq oldu. Prezident İlham Əliyev bunu xüsusi vurğulayaraq demişdir: "Qarabağ savaşında göstərdiyimiz əzmkarlıq, iradə, rəşadət bizi böyük Zəfərə gətirib çıxardı onu da bildirməliyəm ki, bunu hər kəs görür, bizə əlavə güc verən əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər bizə göstərdiyi dəstək mənəvi dayaqdır. Çünki biz bu dəstəyi hiss edərək, onun sözlərinə qulaq asaraq özümüzü daha da güclü hiss etdik. Çünki hörmətli Cümhurbaşqanı demişdir ki, Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır hər zaman yanında olacaqdır bu, bizə əlavə güc verdi. Bu, bəzi qüvvələri - Ermənistan himayədarlarını bu savaşdan kənarda tutdu bizə imkan verdi ki, biz bu şərəfli missiyamızı yerinə yetirək".

Təkcə düşmənlə mübarizədə, qanlı-qadalı döyüşlərdə deyil, istənilən çətin məqamda, qardaş köməyinə ehtiyac olduğu anda bir millətin iki dövləti hər zaman birlik nümayiş etdirmişdir. 2021-ci ildə qardaş Türkiyə insan həyatını xalqın təbii sərvətlərini təhdid edən meşə yanğınları ilə üzləşəndə dost köməyinə ilk çatan Azərbaycan oldu. Türkiyənin 21 vilayətində baş verən 63 meşə yanğını zamanı qardaş ölkənin bu bəladan daha tez qurtulması üçün dövlətimiz bütün səylərini səfərbər etdi. Səmərəli əlaqələndirilmiş tədbirlər görüldü, bölgələrə ixtisaslaşmış yanğınsöndürmə qrupları avadanlıqları yerləşdirildi, bununla yanaşı, yanğından zərərçəkənlərə kömək məqsədilə ərzaq, su tibbi yardım ləvazimatları göndərildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq yanğınların söndürülməsi üçün qardaş ölkəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirdi.

Bu il fevralın 6-da yalnız Türkiyədə deyil, Azərbaycanda, eləcə bütün türk dünyasında yaşanan faciədə xalqlarımız zamanın ağır hökmündən alnıaçıq çıxmağı bacardı. Belə ki, Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal 9 saat sonra episentri eyni şəhər olan Elbistan rayonunda 7,6 bal gücündə baş verən iki zəlzələ yerin altını-üstünə çevirdi, on minlərlə insanın həyatına son qoyan bu fəlakət çoxsaylı insan itkisi ilə nəticələndi. Hər zaman bir-birinin xoş gününə sevinib, dar günündə dərdinə şərik olan Azərbaycan-Türkiyə yenə bir oldu. Azərbaycan qardaş ölkənin bu ağır, çətin gününün ilk dəqiqələrindən fəlakətin nəticələrinin aradan qaldırılması üçün bütün imkanlarını səfərbər etdi. Doğma, səmimi münasibətlər yalnız dövlətlər səviyyəsində deyil, həm xalqlarımız arasında da özünü bariz şəkildə göstərdi. Dərdi dərdimiz, kədəri kədərimiz olan Türkiyədə baş verən bu dəhşətli faciənın fəsadlarının aradan qaldırılmasında bu gün bir millətin iki dövləti birgə səy göstərir.

İki qardaş ölkə həm yaxşı günlərin dostlarıdır. Son illərdə bunu təsdiqləyən yetərincə faktlar, hadisələr mövcuddur. Türk dünyasının mədəniyyət beşiyi sayılan Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsi bunun bariz nümunəsidir. 2021-ci il oktyabr ayının 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli rayonunda ən müasir səviyyədə inşa olunan beynəlxalq hava limanının açılış mərasimində iştirakı, "Qarabağ" təyyarəsinin Füzuli hava limanına enməsi, işğaldan azad olunmuş torpaqlarımızda ilk beynəlxalq hava limanı tarixi hadisəyə çevrildi. Prezident Rəcəb Tayyib Ərdoğanın ötən il may ayının 14- ölkə başçımızı dünyada dəniz üzərində inşa edilən cəmi beş limandan biri olan Rize-Artvin Hava Limanının açılış mərasiminə dəvət etməsi ən yüksək səviyyədə olan dostluq münasibətlərinin günbəgün inkişaf etdiyinin, çətin günlərdə olduğu kimi, xoş günlərdə Türkiyə-Azərbaycan birliyinin təzahürüdür.

"TEKNOFEST" Aerokosmik Texnologiya Festivalının ötən il may ayının 26-da ilk dəfə Türkiyədən kənarda olaraq Bakıda keçirilməsi Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının, strateji müttəfiqliyinin möhtəşəm təntənəsinə çevrildi. Gələcəyə birgə addımlayan iki qardaş ölkə bu festivalı Azərbaycanda gerçəkləşdirməklə bir daha bütün dünyaya "Bir millət, iki dövlət, Eyni arzu, eyni niyyət, Hər ikisi Cümhuriyyət, Azərbaycan-Türkiyə" mesajını göndərdilər.

Möhkəm etibarlı Azərbaycan-Türkiyə birliyi gündən-günə daha da möhkəmlənir, əbədiləşir. Bu birlik bütün dövrlərdə, bütün məqamlarda - həm xoş, həm çətin gündə nümayiş olunur. Bu il may ayının 28- Ədalət İnkişaf Partiyasının (AKP) lideri Rəcəb Tayyib Ərdoğanın yenidən ölkəyə Prezident seçilməsi zamanı bu qardaş birliyi, qardaş güvəni bir daha özünü büruzə verdi, Türkiyə ilə yanaşı, müstəqil Azərbaycan dövləti, xalqımız bu hadisəni böyük sevinclə qarşıladı. Türkiyə Prezidentinin seçkilərdən sonra Azərbaycana gəlişi isə bütün dünyaya bir mesaj olmaqla yanaşı, həm əsl bayrama çevrildi. Bəli, dost gəlişi bayram olar, deyiblər...

Mehparə ƏLİYEVA,

"Respublika".