Yolumuzu həsrətlə, ümidlə gözləyən məmləkətim Qərbi Azərbaycan
Siyasət

Yolumuzu həsrətlə, ümidlə gözləyən məmləkətim Qərbi Azərbaycan

"Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev bu il martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündəki çıxışında deyib.

Ölkə başçımız vurğulayıb ki, Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin hüquq təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq təhlükəsizliyini təmin etməlidir.

Qarabağın, Şərqi Zəngəzurun, cənub-qərb sərhəd rayonlarımızın 30 illik işğaldan azad olunması soydaşlarımızın Qərbi Azərbaycan torpaqlarına, Zəngəzura  qayıdışını təmin edən əsas faktor kimi gündəmdədir. Tarix sübut edir ki, indiki Ermənistan imperialist qüvvələrin himayəsi altında qədim, tarixi Azərbaycan torpaqları üzərində qurulub.

Ermənistan dövlətinin yaradılması azərbaycanlıların, orada yaşayan müsəlmanların insan, vətəndaş, bəşəri hüquqlarının pozulması fonunda baş verib. İndiki Ermənistanın ərazisi sayılanvaxtilə Azərbaycanın əsas xanlığı olan İrəvanda bu gün bir nəfər olsa türk-azərbaycanlı yaşamır. Hazırda  Azərbaycan xalqı öz dövlətinin gücü, səyi ilə Qərbi Azərbaycanda yaşamaq haqqını bərpa etmək istəyir Qayıdış Konsepsiyasının həyata keçirilməsi  istiqamətində məqsədyönlü aparılır.

Qərbi Azərbaycana Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin sülhün bərqərar olunmasına xidmət edir. Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam insanlıq əleyhinə digər cinayətlər insan hüquqlarının kobud şəkildə pozulması yolu ilə həyata keçirilib. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 1988-ci illərdə xüsusi amansızlıqla reallaşdırılıb. Əsasən tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən parçalanmasına səbəb olmuş, 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşdur. Qarabağda Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycanda da mədəni irsimiz, tarixi abidələrimiz, o cümlədən məscidlər qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı irqi ayrı-seçkilik həyata keçirilib.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qayıdış Konsepsiyasının əsas məramı indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə təhlükəsiz şəkildə qayıtmasını təmin etməkdir. Konsepsiya Qərbi Azərbaycan İcmasının bu sahədə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən sənəddir indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiyada qeyd olunur ki, indiki Ermənistandan qovulmuş bütün azərbaycanlıların onların törəmələrinin öz yurdlarına qayıtmaq hüququ var. Bu hüququn təhlükəsiz şəkildə reallaşmasına şərait yaradılmalı, insanlar ora qayıtdıqdan sonra onların fərdi kollektiv hüquqları təmin olunmalıdır. Qayıdış prosesi müvafiq zəmanətləri verifikasiya mexanizmləri olan beynəlxalq hüquqi təminat çərçivəsində baş verməlidir.

Tarixi ədalətin bərpa olunması, beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi məsələsində dost ölkələrin dəstəyinə ehtiyac duyulur. Bu yaxınlarda qardaş Türkiyənin Azərbaycandakı səfirinin Qərbi Azərbaycan İcmasına gəlməsi özü bir dəstək idi. Bu məqam belə deməyə əsas verir ki, bundan sonrakı mərhələdə  ilk növbədə, TDT- üzv dövlətlərin Azərbaycandakı səfirlərinin icmaya gəlməsi, fikir mübadiləsi aparması kimi hadisələrin şahidi olacağıq. Bu ilin mart ayında Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasının BMT Baş Assambleyasının İqtisadi Sosial Şurasının rəsmi sənədi kimi yayılması tarixi uğurdur. Yarandığı qısa vaxtda İcmanın artıq ikinci sənədidir ki, BMT tərəfindən yayımlanır. Bundan əvvəl İcmanın beynəlxalq ictimaiyyətə ünvanladığı müraciət, daha sonra Konsepsiyanın yayılması onu deməyə əsas verir ki, bu istiqamətdə həyata keçirilən işlərdə qısa zamanda daha böyük uğurlar əldə edə biləcəyik. Konsepsiyada əsas tərəfdaş kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının olması göstərilib bu tərəfdaşlıq nəticəsində tətbiq oluna bilən beynəlxalq standartlar əsasında  Azərbaycan hökuməti Ermənistan hökuməti ilə təmaslar şəraitində qayıdışın detallı planı hazırlanacaq.

Təəssüf ki, bunun üçün Ermənistan tərəfindən səy göstərilmir. Ekspertlərin rəyinə görə, 1948-ci il dekabrın 10-da qəbul olunan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13- maddəsində göstərilir ki, hər bir insan hər hansı bir dövlətin hüdudlarında sərbəst yer dəyişmək özünə yaşayış yeri seçmək hüququna malikdir. O da qeyd olunub ki, hər bir insanın öz ölkəsi daxil olmaqla, istənilən ölkəni tərk etmək öz ölkəsinə qayıtmaq hüququ var. Qayıdış Konsepsiyasının BMT-nin əsas orqanlarının sənədləri kimi yayılması Qərbi azərbaycanlıların sülh yolu ilə öz doğma torpaqlarına qayıtması yolunda böyük uğurdur. Sülhpərvər tamamilə beynəlxalq hüquqa uyğun olan konsepsiyanın BMT- rəsmi sənəd kimi yayılması Ermənistan hökumətinin Qərbi Azərbaycan mövzusunu təhrif etməsi imkanlarını daha da azaldır, bu ölkəni bir növ İcma ilə danışıqlara başlamağa çağırır bu mövzuda beynəlxalq prosesin başlanmasını təşviq edir.

Azərbaycan  Prezidenti  İlham Əliyev  ötən il dekabrın 24- Qərbi Azərbaycan İcmasının inzibati binasında həmin bölgədən olan bir qrup ziyalı ilə görüşündə dövlətçiliyimiz xalqımız üçün taleyüklü məsələlərlə bağlı böyük  tarixi siyasi əhəmiyyətə malik nitqində Qərbi Azərbaycan İcmasının məhz vaxtilə Qarabağın məcburi köçkünlər icmasına məxsus binada  yerləşməsinin bu görüşün həmin məkanda keçirilməsinin rəmzi məna daşıdığnı, bununla bağlı gələcək perspektivləri yüksək dəyərləndirərək deyib: "Burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar".

Bundan sonra tarixi ədalətin bərpa edilməsi, Qərbi Azərbaycandan olan soydaşlarımızın doğma yurdlarına qaytarılması üçün mühüm bir missiyanın həyata keçirilməsinə başlanılıb. Qərbi Azərbaycan İcması bu istiqamətdə nəticəyə yönəlik fəaliyyətini davam etdirir. Artıq Azərbaycan güclü dövlətdir bunu 44 günlük Vətən müharibəsində bütün dünya gördü. Biz döyüş meydanında düşmənə qalib gələrək əzəli tarixi torpağımız olan Qarabağa qayıtdıq. İndi isə digər tarixi yurdumuz - Qərbi Azərbaycana qayıdacağıq bu, həm bizim mənəvi haqqımızdır.

Mustafa KAMAL,

"Respublika".