Yura dövrünə aid dəniz tısbağasının qalığı tapıldı
Maraqlı

Yura dövrünə aid dəniz tısbağasının qalığı tapıldı

Elm adamları Yura dövrünə aid dəniz tısbağası "Solnhofia Parsonsi"-nin qalıqlarını aşkar ediblər.

"Respublika" xəbər verir ki, bu barədə "NTV" məlumat yayıb.

Bildirilib ki, müasir dəniz tısbağalarının bütün növlərinin okeanın dərinliklərində üzməyə imkan verən uzun, sərt üzgəcləri var. Yeni təsbit edilən növün üzgəcləri isə daha qalın və qısadır. Bu isə Solnhofia Parsonsi-nin açıq okeanda deyil, sahil sularında üzdüyünü göstərir.

Nəzrin ELDARQIZI,

"Respublika".