Zbiqnev Rau: Azərbaycan ilə Polşa arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial var
MÜSAHİBƏLƏR

Zbiqnev Rau: Azərbaycan ilə Polşa arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial var

Azərbaycan ilə Polşa arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial var. Bu sahələr sırasında nəqliyyat-tranzit, kənd təsərrüfatı, humanitar, turizm və digərləri var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüşdən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

"2022-ci ilin ikinci yarısında Polşa-Azərbaycan hökumətlərarası iqtisadi komissiyanın 8-ci iclasının keçirilməsi bu kontekstdə dialoqun davam etdirilməsi üçün olduqca müsbət platformadır", - deyə Ceyhun Bayramov bildirib.

Azərbaycan-Polşa münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməkdədir

Azərbaycan Respublikası Polşa Respublikası ilə əməkdaşlığın genişləndirilməsinə hər zaman böyük əhəmiyyət verir. Bizim münasibətlərimiz tarixi əlaqələrə əsaslanır və strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməkdədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüşdən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

 Nazir qeyd edib ki, 2022-ci il Azərbaycan-Polşa münasibətləri kontekstində xüsusi bir ildir. "Bu il biz Azərbaycan ilə Polşa arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Eyni zamanda, ölkələrimiz arasında strateji tərəfdaşlığa və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında Birgə Bəyanatın imzalanmasının 5 ili tamam olur. Bu illər ərzində yüksək səviyyəli çoxsaylı səfərlər, siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə çoxsaylı tədbirlər inkişafda olan münasibətlərimizi nikbin formada səciyyələndirir", - deyə nazir əlavə edib.

ATƏT Azərbaycanla Ermənistan arasında sülh prosesinə töhfə verməyə hazırdır

Polşanın Azərbaycanla çox sağlam, güclü, ikitərəfli münasibətləri var. Biz Azərbaycanla müxtəlif səviyyələrdə əməkdaşlığın artırılması imkanları üzərində çalışırıq. Bizim üçün ATƏT-in etimadının artırılması və postmünaqişə dövründə fəaliyyəti çox önəmlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau söyləyib.

O bildirib ki, ATƏT Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə töhfə verməyə, qarşılıqlı və dayanıqlı sazişə kömək etməyə hazırdır. "Biz, həmçinin humanitar məsələlər, itkinlərin taleyinin müəyyən edilməsi, demarkasiya prosesinə də töhfə verməyə hazırıq. Bizim bu sahədə böyük təcrübəmiz var. Biz, eyni zamanda, Cənubi Qafqazda sülhün bərqərar olmasını arzulayırıq. Əsas məqsədimiz regionda uzunmüddətli sülhün və davamlı əmin-amanlığın təmin edilməsidir", - deyə ATƏT-in fəaliyyətdə olan sədri diqqətə çatdırıb.

AZƏRTAC