TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Balakən Rayon İcra Hakimiyyəti Balakən şəhər küçələrinin əsaslı təmiri ilə bağlı

AÇIQ TENDER ELAN EDİR

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: iş təcrübəsi, maddi-texniki imkanlar

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malİk olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğlərdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu elektron portal üzərindən əldə edə bilərlər.

İştirak haqqı: 200 manat

Əlaqələndirici şəxs: Elxan Murtuzov

Tel: 024 29 - 5-12-15

Təşkilat: Balakən Rayon İcra Hakimiyyəti

Hesab: AZ08CTRE00000000000002510531

VÖEN: 3800010051

Bank: Dövlət Xəzinədarlığı Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T.  CTREAZ22

Büdcə təsnifatı: 142330

Büdcə səviyyəsinin kodu: 7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştİrak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında Dövlət Vergi Xidmətindən arayış ;

İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının təsdiq olunmuş surəti

Təsdiq olunmuş rekvizitlər barədə məlumat

Qeydiyyatdan keçdiyi ölkə

Nizamnamə

İddaiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə Dövlət Statistika Komitəsindən arayış

Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığını-n, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə təsdiqedici sənəd

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə Dövlət Vergi Xidmətindən arayış

Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə Ədliyyə orqanından məlumat

Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçuların peşəkarlıq fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyəti ilə məşğul olmasıın məhkəmə qaydasında qadağan edilməməsi barədə DİN və ya Asan Xidmət Mərkəzlərindən məlumatlar

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

Tenderin başlanma tarixi 08.06.2021-ci il saat 12:00

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istİsna olmaqla) 05 iyul 2021-ci il, saat 12:00 tarixə qədər, tender təklifi və bank zəmanətini isə 13 iyul 2021-ci il saat 10.00 tarixə qədər, portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər portal tərəfindən təqdim olunmayacaqdır.

İddiaçıların təklifləri 14 iyul 2021-ci il tarixdə, saat 12.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

 


Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi “Təmir işlərinin satın alınması” müsabiqəsi üzrə

Elektron satınalma elan edir

Elektron satınalmada iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Malgöndərənlər (podratçılar) https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları və ya asan imzaları vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən malgöndərənlər iştirak haqqını Asanpay vasitəsi ilə həyata keçirdikdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Portal vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

Tenderdə iştirak haqqı 3000 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, Nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri

2.Tender təklifi

3.Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı

4.Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış

5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış

6.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti

7.İddaiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd

8.Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd

9.Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd

10.Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd

11.Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin icra edilməsi üçün Lisenziya

12.İşin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatlar (subpodratçı cəlb edəcəyi təqdirdə).

İxtisas uyğunluğu sənədləri:

a)İddiaçının işlərin həyata keçirilməsi üçün maliyyə imkanlarının olması

b)Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi

c)Malgöndərənin texniki imkanları

d)Tenderin predmeti üzrə şirkətin zəruri əməkdaşlarının mövcudluğu

Qeyd olunan sənədlər Azərbaycan dilində, düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə, satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alacaqdır.

Malgöndərənlər tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təkliflərinin açılışına 7 bank günü qalana qədər) 30.06.2021-ci il saat 10:00-a qədər, tender təklifi və bank təminatını isə 08.07.2021-ci il saat 10:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 09.07.2021-ci il saat 10:00-da Portal vasitəsilə açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.