Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
Diaspora

Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər

Azərbaycan diaspor fəalları Berlində Brandenburq qapısı qarşısında aksiya keçiriblər.

"Respublika" xəbər verir ki, aksiya iştirakçıları Azərbaycana həmrəylik nümayiş etdiriblər.

Aksiya iştirakçıları alman və ingilis dillərində "Qarabağ Azərbaycandır" şüarları səsləndiriblər. Həmçinin aksiya çərçivəsində Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlaması barədə ətraflı məlumat verilib.