TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha torpaq sahəsində çoxmənzilli binaların tikintisi ilə əlaqədar satınalmalar üzrə

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir:

Lot-1 - 4, 5 və 6 nömrəli 9 mərtəbəli 1 bloklu yaşayış binalarının və 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi;

Lot-2 - 7, 8 və 9 nömrəli 9 mərtəbəli 1 bloklu yaşayış binalarının və 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi, podratçının ixtisas göstəricilərinin aidiyyəti işlər üzrə uyğunluğu, analoji işlər üzrə təcrübəsi, texniki, maliyyə və kadr imkanları.

Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət edib qeydiyyata alındıqdan sonra aşağıdakı hesaba hər bir lot üzrə qeyd olunan məbləğdə iştirak haqqı ödəməklə Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85Z ünvanından (əlaqələndirici şəxs: Əliyev Vüqar Təyyar oğlu, telefon: (+99412) 436-38-35 daxili 239) ala bilərlər.

VÖEN: 1701953921

“Kapital Bank” ASC-nin Mərkəzi filialı

Filialın kodu: 200026

VÖEN: 9900003611

SWİFT kod: AİİBAZ2X

M/h AZ37NABZ01350100000000001944

“MİDA” MMC

Hesab: AZ18AİİB38030019440029636102

Lot-1 - 600 manat;

Lot-2 - 600 manat.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Podratçılar iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər.

1.Tenderdə iştirak etmək üçün ərizə;

2.İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

3.Tender təklifi (tender təklifi zərflərinin açıldığı gündən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);

4.Tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır);

5.İddiaçı haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- İddiaçı inşa etdiyi analoji tikililər barədə istismara qəbul Dövlət Aktının surətini və ya inşasını davam etdirdiyi analoji işlər üzrə bağlanmış müqavilənin təsdiq olunmuş surətini təqdim etməlidir;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;

- İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- İddiaçının son 3 (üç) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır);

- Digər sənədlər: tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənədlər, tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər.

İddiaçılar 1, 2 və 5-ci bəndlərdə qeyd olunan sənədləri 2021-ci il 27 sentyabr tarixinə kimi Tender komissiyasına təqdim etməlidirlər. Həmin sənədlərdən hər hansı birini təqdim etməyən və ya ixtisas göstəricilərinə dair tələblərə uyğun olmayan iddiaçının tender təklifi qəbul olunmur.

İddiaçılar öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə)   2021-ci il 05 oktyabr saat 14:00-a qədər yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifi zərfləri 2021-ci il 06 oktyabr tarixində saat 14:00-da “MİDA” MMC-də açılacaqdır.


Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 2021-ci il üçün tibbi avadanlıqların alınmasına  görə

TƏKLİFLƏR SORĞUSU ELAN EDİR

Tibbi avadanlıqların alınmasına görə təkliflər sorğusu keçirilir.

Təkliflər sorğusunda iştirak etmək üçün iddiaçılar yazılı müraciət etdikdən və 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini aşağıdakı hesaba köçürdükdən sonra əsas şərtlər toplusunu Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən (Ünvan: Bakı şəhəri Cavadxan küçəsi 32/15) ala bilərlər. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat: Akademik Z.Əliyeva adına  Milli Oftalmologiya Mərkəzi

Hesab: AZ66CTRE00000000000004688301

VOEN: 1700252051

Bank: Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005

VOEN: 1401555071

Müxbir hesabı:

AZ41NABZ01360100000000003944

SWİFT:  CTREAZ22

Büdcə səviyyəsinin kodu: Fond 7

Büdcə təsnifatının kodu: 142330

Əlaqələndirici şəxs: Nəzərli Ceyhun Anubət oğlu. Əlaqə nömrəsi: (012) 569-09-45. 

Təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar sorğuda iştirak etmək üçün Qanunun 28.1-ci maddəsinə uyğun olaraq aşağıdakı sənədləri təqdim edir.

1.Təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada);

2.Təkliflər sorğusunda iştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi);

3.Təklif (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

4.Təklifin dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bank günü qüvvədə olmalıdır);

5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

6.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

7.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

8.İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

9.İştirakçılar təklif verdiyi malların satışını həyata keçirmək hüququnu və bu mallar üçün tələb olunan texniki dəstəyin verilməsini təsdiq edən sənədləri təqdim etməlidirlər.

Müqavilənin 2 %-i həcmində bank təminatı tələb ediləcəkdir.

Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar təkliflərini, bank təminatı və  malgöndərən haqqında tələb edilən sənədləri imzalanmış və möhürlənmiş ikiqat zərfdə 06 sentyabr 2021-ci il saat 11:00-da Bakı şəhəri Cavadxan küçəsi 32/15-də yerləşən Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim edilən zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçılar təklifləri 07 sentyabr 2021-ci il saat 11:00-da açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər.

Satınalma müqaviləsi üzrə ödənişlər köçürmə yolu ilə hissə-hissə ilin sonunadək aparılacaqdır.

Təklif olunan qiymətlərdə malların qiymət dəyərindən başqa nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər də daxil olmaqla göstərilməlidir. Təklif edilən malların tələb olunan mallara tam uyğun gəlməsi vacibdir (texniki şərtnaməyə əsasən).