TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Satınlama üzrə bildiriş

Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Layihəsi üzrə Əlavə Maliyyələşdirmə

Kredit Nömrəsi 9058-AZ 

Tenderdə iştiraka dəvət: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ombudsman aparatının müasir informasiya-kommunikasiya texnologiyaları (İKT) avadanlıqları ilə təchizatı

Fəaliyyətin nömrəsi B.1/2.1-1-M-AF

1. Azərbaycan Respublikası Dünya Bankından “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Layihəsinin Əlavə Maliyyələşdirilməsi ilə əlaqədar kredit almış və həmin vəsaitlərin bir hissəsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ombudsman aparatının müasir informasiya-kommunikasiya texnologiyaları (İKT) avadanlıqları ilə təchizatı xərclənməsi nəzərdə tutulur. Müqavilə Azərbaycan Respublikası Hökuməti ilə birgə maliyyələşdiriləcəkdir. Tender prosedurları Dünya Bankının satınalma qaydalarına uyğun olaraq həyata keçiriləcəkdir.        

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yuxarıda qeyd olunmuş fəaliyyətin icrası məqsədilə iştirakçıları təkliflərini möhürlənmiş zərflərdə təqdim etməyə dəvət edir. Müqavilənin icra müddəti 12 aydır. Tender iştirakçıları aşağıdakı ixtisas göstəricilərinə cavab verməlidir:

a) oxşar funksional/texniki xüsusiyyətlərə malik olan informasiya sistemlərinin tərtib edilməsi, quraşdırılması və texniki xidmətin göstərilməsi sahəsində son üç il ərzində ümumi dəyəri ən azı 1 000 000,00 (bir milyon) ABŞ dollarına bərabər icra olunmuş bir və ya 500 000,00 (beş yüz min) ABŞ dollarına bərabər iki müqavilənin olması; b) son üç il ərzində minimal orta illik dövriyyə ən azı 2 000 000,00 (iki milyon) ABŞ dolları və c) likvid vəsaitlərinin minimal məbləği 400 000,00 (dörd yüz min) ABŞ dollarına bərabər olması.

3. Tender Dünya Bankının “İnvestisiya Layihələrinin Maliyyələşdirilməsi çərçivəsində Borcalanlar üçün prosedurlar (Satınalma Qaydaları)” (iyul 2016-ci il, noyabr 2017-ci il və avqust 2018-ci il tarixli) təlimatlarında göstərilmiş Tender Təkliflərinə Dəvət (TTD) satınalma üsuluna uyğun aparılacaqdır və təlimatlarda göstərildiyi kimi tenderdə iştirak hüququna malik ölkələrdən olan bütün iştirakçılar üçün açıqdır. 

4. İştirakçılar yazılı ərizə təqdim etməklə və aşağıdakı bank hesabına 250 AZN məbləğində və ya ona bərabər olan digər sərbəst dönərli valyutada geri qaytarılmayan tenderdə iştirak haqqını ödəməklə Tender Şərtlər Toplusunu ingilis dilində aşağıdakı ünvanda (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi/Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu Layihəsinin İcra Qrupu, AZ1073, Z.Xəlilov küçəsi, 540-cı məhəllə, Bakı şəhəri, Azərbaycan, tel: (994-12) 510 85 60, faks: (994-12) 510 76 72, elektron ünvan: [email protected], [email protected] əldə edə bilərlər). 

Azərbaycan Beynəlxalq Bankı, Nəsimi filialı  

Kod: 805614

VÖEN (bank): 9900001881

Müxbir hesab:

AZ03NABZ01350100000000002944

S.W.İ.F.T. Bik: İBAZAZ 2X

Hesab nömrəsi (ABŞ dolları):

AZ17İBAZ38190018402016559207

Hesab nömrəsi (manat):

AZ27İBAZ38090019442016559207

VÖEN: 1300286111  

Tender sənədləri kuryer xidməti və ya elektron poçt vasitəsilə göndərilə bilər.

5. Tender təklifləri yuxarıda göstərilən ünvana 07 oktyabr 2021-ci il tarixdə Bakı vaxtı ilə saat 15:00-dək çatdırılmalıdır. Gec təqdim olunmuş təkliflər qəbul edilmir.

6. Tender təklifləri Tender Komissiyasının üzvlərinin və tender prosedurunda iştirak etmək arzusunda olan iştirakçılar və (və ya) onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə göstərilən ünvanda 07 oktyabr 2021-ci il tarixdə Bakı vaxtı ilə saat 15:01-də açılacaqdır.

7. Tender təklifləri 36 000,00 (otuz altı min) ABŞ dolları məbləğində və ya bu məbləğə bərabər olan digər sərbəst dönərli valyutada bank zəmanəti ilə təmin olunmalıdır. İştirakçılar əlavə məlumatları iş günləri 09.00-dan 18.00-dək yuxarıda qeyd olunan ünvanlardan əldə edə bilərlər.