Nigeriyada leysan yağış və fırtına səbəbindən həbsxananın bir hissəsi uçub
Dünya xəbərləri

Nigeriyada leysan yağış və fırtına səbəbindən həbsxananın bir hissəsi uçub

Nigeriyanın Niger bölgəsində leysan yağış və fırtına səbəbindən həbsxananın bir hissəsi uçub.

"Respublika" "TRT Haber"ə istinadla xəbər verir ki, hadisə nəticəsində 119 məhbus həbsdən qaçıb. 

Federal Paytaxt Ərazisi (FCT) Həbsxanasının sözçüsü Adamu Duza verdiyi yazılı açıqlamada, dünən Nigerin Suleja bölgəsindəki leysan yağış və fırtınanın həbsxananın bir hissəsinin çökməsinə səbəb olduğunu bildirib. Həbsxanada olan 119 məhbusun bu səbəbdən qaçdığını qeyd edən Duza təhlükəsizlik qüvvələrinin başlatdığı əməliyyat-axtarış tədbirləri sayəsində indiyədək 10 məhbusun yaxalandığını bildirib.