Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb
İqtisadiyyat

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Bu ildən Azərbaycan qazının Macarıstana tam şəkildə təchizatına başlanılıb. Macarıstanla 100 milyon kubmetrlik qaz tədarükü ilə bağlı müqaviləmiz var.

"Respublika" xəbər verir ki, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən biznes forumda deyib.

Onun sözlərinə görə, Azərbaycan Macarıstana neft də ixrac edir.

S. Babayev vurğulayıb ki, Azərbaycanla Macarıstan arasında əməkdaşlığın bütün sahələri genişlənir, o cümlədən enerji əməkdaşlığı çoxşaxəlidir.