Xavi Ernandes
İdman

Xavi Ernandes "Barcelona"da qalacaq

"Barselona"nın baş məşqçisi Xavi Ernandes mövsümün sonunda komandadan ayrılmayacaq.

"Respublika" Kataloniya təmsilçisinin rəsmi "X" hesabına istinadla xəbər verir ki, bu barədə klub prezidenti Xuan Laporta açıqlama verib.

"Bu gün Xavinin "Barselona"nın baş məşqçisi kimi davam edəcəyini sizə bildirməkdən məmnunluq duyuram", - deyə X.Laporta vurğulayıb.

Xatırladaq ki, Xavi daha əvvəl mövsümün sonunda "Barselona"dan ayrılacağını açıqlamışdı.