Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 16 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 16 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 16 yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 min 305 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 416 nəfər müalicə olunaraq sağalıb, 9 min 704 nəfər vəfat edib. Aktiv xəstə sayı 185 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 343, bu günə qədər isə ümumilikdə 6 milyon 755 min 203 test icra olunub.

AZƏRTAC