İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Bakıda "Sağlam həyat" günləri davam edir

İnkişaf Sülh Naminə Beynəlxalq İdman Günü münasibətilə Gənclər İdman Nazirliyinin təşkil etdiyi "Sağlam həyat" günləri davam edir. Aprelin 10-dək davam edəcək tədbirdə iştirakçılar 14 yaş qrupunda (6-8, 9-10, 11-12, 13-15, 16-17, 18-24, 25-29, 30-34, 35-39, 40-44, 45-49, 50-54, 55-59 60+ yaş), iki müxtəlif məkanda - Qış Parkında Böyükşor Bulvarında quraşdırılan xüsusi zonalarda özlərini sınayırlar. Tədbir hər gün saat 10:00-dan 18:00-dək davam edir. Sağlam həyat tərzini təbliğ edən tədbirdə qaçış, yerindən uzunluğa tullanma, ağırlıqqaldırma, turnik, topatma, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması qarın əzələlərinin möhkəmləndirilməsi ("jim" "press") üzrə müvafiq normativləri yerinə yetirənlərə "qızıl", "gümüş" "bürünc" stikeri olan sertifikatlar təqdim olunur.

 

Ölkə çempionatında finalçılar müəyyənləşib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında yarımfinalın son matçında "Abşeron" "Murov" klubları üz-üzə gəliblər. Komandaların ilk iki oyununda tərəflərin hər biri qələbə qazandığından əlavə oyuna ehtiyac yaranıb. Həlledici görüşdə "Abşeronklubu 25:16, 25:21 25:21 hesabları ilə oyunu öz xeyrinə yekunlaşdırıb meydandan 3:0 hesablı qələbə ilə ayrılıb. Beləliklə, rəqibinə qalib gələn "Abşeron" finala vəsiqə qazanıb. Komandanın rəqibi "Azərreyl" olacaq. "Murov" isə bürünc medal uğrunda UNEC-ə qarşı yarışacaq.

 

Komandamız beynəlxalq Qran-Pridə mübarizə aparacaq

Azərbaycanın bədii gimnastika üzrə böyüklərdən ibarət qrup hərəkətləri komandası Fransanın Tiye şəhərində keçiriləcək 34- beynəlxalq Qran-Pridə iştirak edəcək. Ölkəmizi Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət kollektiv fərdi gimnast Zöhrə Ağamirova təmsil edəcəklər. Yarış aprelin 10-dək davam edəcək.

Gimnastlarımız dünya kuboku

yarışlarının finalına yüksəliblər

Akrobatika gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Belçikanın Antverpen şəhərində keçirilən dünya kuboku yarışlarında finala yüksəliblər. Ağasif Rəhimov Raziyə Seyidlidən ibarət qarışıq cütlük, eləcə Nəzrin Zeyniyeva, Zəhra Rəşidova Anahita Bəşiridən ibarət qadın qrupu həlledici mərhələyə vəsiqə qazanıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".