İsmayıllı: Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası
Region

İsmayıllı: Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası

"Azərbaycan Respublikasında 2023- ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, İsmayıllı Rayon Məhkəməsinin "Tədbirlər planı" çərçivəsində İsmayıllı rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

İsmayıllı Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən İlqar Hüseynov bildirib ki, məhkəmə yerli Ədliyyə qurumları əməkdaşlarının iştirak etdiyi aksiyanın məqsədi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ölkədə ekologiyanın qorunması ətraf mühitin sağlamlaşdırılması, ümummilli liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.

Aksiyada rayonun iqliminə uyğun meyvə şam ağacları əkilərək suvarılıb. Həmçinin, əkilən ağacların inkişafı üçün münbit torpaq mineral gübrələrdən istifadə olunub. Ağacların mühafizəsi mütəmadi qulluq göstərilməsi məqsədilə zəruri tədbirlər görülüb.

"Respublika".