“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən
Məktublar

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan milli bayramınız - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Fürsətdən istifadə edərək, Azərbaycana sülh, rifah, tərəqqi, yeni-yeni nailiyyətlər arzulayıram.

Sizi əmin edirik ki, “Mir” Dövlətlərarası Teleradio Şirkəti bundan sonra da respublikanın həyatını və ölkədə baş verən hadisələri maksimum dərəcədə obyektiv və geniş işıqlandıracaqdır.

Hörmətlə,

Radik Batırşin

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri