Sosial həyat

"Ana harayı" abidəsini ziyarət

Fevralın 26-da bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 30-cu ildönümü tamam olur.

Bununla əlaqədar olaraq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi hadisə qurbanlarının şərəfinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət edib.

Abidə önünə güllər düzülüb, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.

AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi.