ANAMA: Ötən həftə 67,4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Digər xəbərlər

ANAMA: Ötən həftə 67,4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, yanvarın 17-dən 22-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 3, tank əleyhinə 1 mina və 9 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 67,4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

AZƏRTAC