Çexiyanın Ostrava şəhərində üzgüçülük üzrə beynəlxalq turnir davam edir.
AZƏRTAC xəbər verir ki, milli komandamızın üzvü Rəşad Alquliyev 200 metr məsafəyə qarışıq üsulla yarışın A finalına vəsiqə qazanıb.
Hazırda Azərbaycan yığmasının hesabında 3 medal var.
Qeyd edək ki, yarış bu il Macarıstanda, həmçinin 2023-cü ildə Yaponiyada keçiriləcək dünya çempionatlarına lisenziya xarakteri daşıyır. Turnirdə ölkəmizlə yanaşı, İsveçrə, Ukrayna, Rumıniya, Polşa, Macarıstan, Xorvatiya, Çexiya və Gürcüstandan idmançılar güclərini sınayırlar.
AZƏRTAC