17 yaşlı qızlar arasında Avropa çempionatı keçiriləcək
İdman

17 yaşlı qızlar arasında Avropa çempionatı keçiriləcək

Avqustun 5-dən 13-dək 17 yaşlı qızlar arasında Avropa çempionatı keçiriləcək.

“Respublika” xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyası məlumat yayıb. 

Bildirilib ki, Bakı İdman Sarayında təşkil olunacaq yarışın açılış mərasimi saat 17:15-də olacaq. Ardınca milli komandamız Gürcüstan seçməsi ilə oyuna çıxacaq. Görüşün start fiti saat 18:30-da səslənəcək. Bu oyundan əvvəl isə daha 3 qarşılaşma olacaq. Saat 11:15-də Farer Adaları Yunanıstanla, 13:30-da Lüksemburq İsraillə, 15:45-də Sloveniya Bosniya və Herseqovina ilə üz-üzə gələcək.

Qeyd edək ki, ölkəmiz Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan milliləri ilə birlikdə “A” qrupunda, İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer Adaları komandaları isə “B” qrupunda mübarizə aparacaq. 

Töhfə SƏMƏDOVA,

“Respublika”.