Azərbaycanın Şuşa və Serbiyanın Novi Pazar şəhərləri qardaşlaşıb
Digər xəbərlər

Azərbaycanın Şuşa və Serbiyanın Novi Pazar şəhərləri qardaşlaşıb

Martın 17- Azərbaycanın Şuşa Serbiyanın Novi Pazar şəhərləri arasında qardaşlaşma əlaqələrinin təsis edilməsi mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat ictimai həyatın digər uyğun sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, beləliklə, işğaldan sonra ilk dəfə Şuşada qardaşlaşma haqqında Anlaşma Memorandumu imzalanıb.

***

Martın 17- Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaç Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəliyinin dəvəti ilə Şuşa şəhərinə səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Serbiya nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonağa Şuşa şəhərinin tarixi, burada görülən bərpa-quruculuq işləri barədə məlumat verib.

Qeyd edək ki, Nihad Bişevaçın Şuşaya səfərinin məqsədi Şuşa ilə Novi Pazar arasında qardaşlaşmış şəhərlər haqqında protokolun imzalanmasıdır.