Heydər Əliyev bütün dünya siyasətinin nəhəng dahilərindəndir
Sosial həyat

Heydər Əliyev bütün dünya siyasətinin nəhəng dahilərindəndir

Dost və qardaş Azərbaycan xalqının böyük oğlu‚ Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev nəinki Qafqazda‚ bütün dünyada fenomen şəxsiyyət‚ dahi lider‚ şəxsiyyətinə yüksək sayğı göstərilən rəhbər olub. O‚ hər zaman özünün yüksək dünya görüşü‚ parlaq siyasəti ilə dünya liderləri arasında seçilmiş və dünya siyasətində özünəməxsus yer tutmuşdur.

1990-cı illərin əvvəllərində Azərbaycan daxilində baş verən ağır siyasi böhranlar‚ bu ölkəni sürətlə fəlakətə aparmaqda idi. Həmin vaxt Azərbaycan qardaş qırğınlarının astanasında‚ bölünüb parçalanmaq təhlükəsinin bir addımlığında idi. Belə demək mümkünsə Azərbaycanda müxtəlif separatçılıq meyilləri baş qaldırmış‚ daxildə bir çox qüvvələr Azərbaycanı bölüb parçalamaq niyyətində idilər. Belə olan bir zamanda Azərbaycan xalqının təkidləri ilə Bakıya qayıdan Heydər Əliyev Azərbaycan xalqının köməyinə yetişdi, Azərbaycanı bölünməkdən və parçalanmaqdan xilas etdi. Ulu Öndər rəhbərlik etdiyi dövr Azərbaycanın xilası və intibah dövrüdür. Hakimiyyətə gəlişi ilə müasir‚ müstəqil‚ güclü Azərbaycan dövlətini quran Heydər Əliyev Azərbaycanı bütün dünyaya tanıtdı. Azərbaycana azadlıq və inkişaf gətirdi. Böyük liderin rəhbərliyi ilə Azərbaycan demokratik və hüquqi dəyərlər üzərində quruldu. Bütün ali dəyərlər əsas meyar olaraq ölçüldü. Və beləcə Heydər Əliyevin ərsəyə gətirdiyi müasir və müstəqil Azərbaycan dövləti nəinki Qafqazda‚ hətta bütün dünyada nümunə bir ölkə olaraq quruldu. Onun uzaqgörən və parlaq siyasəti Azərbaycan daxilində yaşayan bütün xalqları qardaşlaşdırdı. Heydər Əliyevin dövründən başlayaraq Azərbaycandakı bütün xalqlar bir-birinə daha da doğmalaşdı və bu günümüzə qədər Azərbaycandakı bütün xalqlar və müxtəlif inanclı insanlar bir-birinə qardaş kimi yanaşır. Burada heç zaman ayrı-seçkilik olmayıb. Heydər Əliyev təkcə Azərbaycan xalqına yox‚ burada yaşayan digər millətlərə də əmin-amanlıq bəxş edib.

Hakimiyyətə gəlişindən qısa müddət sonra 1994-cü il sentyabrın 20-də "Əsrin Kontraktı"nı imzalayan Heydər Əliyev Azərbaycanın siyasi çəkisini bütün dünyaya qəbul etdirdi. Onun zəngin dühası və parlaq siyasəti nəticəsində dünya dövlətləri Azərbaycanla hesablaşmağa başladı. Ulu öndərin rəhbərliyi ilə Azərbaycan təşəkkül taparaq inkişaf və tərəqqiyə doğru addımladı. Bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, regionun ən güclü ölkəsi olması məhz dahi şəxsiyyət Heydər Əliyevin zəngin dühasının məhsulu və onun siyasi ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.

Bütün yəhudi xalqı hər zaman Heydər Əliyevi özünün ən yaxın dostu hesab edir. Azərbaycanda yaşayan və Azərbaycandan xaricə və İsrailə köçən yəhudilər Heydər Əliyevi hər zaman hörmətlə anırlar.

Dahi şəxsiyyət Heydər Əliyevi anım günündə hörmət və ehtiramla yad edir, Allahdan rəhmət diləyir‚ məkanı cənnət olsun deyirik.

İsrail Təhlükəsizlik Akademiyasının

Azərbaycan Respublikasındakı

Nümayəndəliyi.