Luici Di Maio: İtaliyanın Azərbaycanla münasibətləri bütün sahələrdə yüksələn xətlə inkişaf edir
MÜSAHİBƏLƏR

Luici Di Maio: İtaliyanın Azərbaycanla münasibətləri bütün sahələrdə yüksələn xətlə inkişaf edir

Azərbaycanla İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsində keçirilən tədbirdə iştirak etməkdən məmnunluq duyuram. Ölkələrimiz arasında münasibətlər bütün sahələrdə yüksələn xətlə inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən brifinqdə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio bildirib.

"Bu gün Azərbaycan İtaliyanın əsas tərəfdaşlarından biridir. Azərbaycanla münasibətlərimiz yüksək səviyyədədir. İtaliyanın Azərbaycanla əlaqələri yalnız enerji sahəsini deyil, iqtisadiyyatın digər sektorlarını da əhatə edir. Azərbaycan İtaliya şirkətlərinin enerji, infrastruktur və nəqliyyat sahələrinə sərmayə qoyduğu ölkələrdən biridir. Əminəm ki, bu səfərdən sonra ölkələrimiz arasında əməkdaşlıq bütün sahələrdə daha da inkişaf edəcək", - deyə nazir qeyd edib.

AZƏRTAC