Ucalıq rəmzi, azad Şuşanın dirçəliş növrağı
Digər xəbərlər

Ucalıq rəmzi, azad Şuşanın dirçəliş növrağı

Qədim tarixə malik Şuşa şəhəri Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Hər il 8 may tarixini hüznlə qarşılayırdıq. Çünki həm coğrafi baxımdan, həm mənəvi cəhətdən yüksəklikdə olan Şuşa şəhərini məhz 1992-ci il mayın 8- itirmişdik.

Beləliklə, Qarabağın döyünən ürəyi olan Şuşa 28 il işğalçıların tapdağı altında qalmışdı. Mayın 8- keçən gecə erməni silahlı birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-dək davam edib, bundan sonra düşmənin 1000-ə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum edib. Azərbaycanın bu qədim, zəngin tarixə mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Qarabağ işğal olunub. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan Qaxal mağaraları, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidəni məhv edib ya erməniləşdiriblər.

"Əfsuslar olsun ki, Şuşa işğala məruz qalandan sonra bütün tarixi, mədəni abidələr, o cümlədən Vaqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdır. "Şuşanın işğalı xalqımızın böyük faciəsi idi". Bunu Prezident İlham Əliyev Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunmuş Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışı zamanı deyib. Ölkə başçısı qeyd edib ki, Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır. Şuşanın işğalından sonra digər rayonlar, digər şəhərlər işğala məruz qaldı. Çünki Şuşanın strateji əhəmiyyəti əlbəttə ki, bizim üçün itirilmiş oldu düşmən bundan istifadə edərək, ondan bir neçə gün sonra - 1992-ci ilin mayında Laçını da işğal etdi. Ondan bir il sonra - 1993- ilin aprelində Kəlbəcəri işğal etdi beləliklə, Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradıldı. Bizim məğlubiyyətimizin qaçılmaz olması göz qabağında idi, nəzərə alsaq ki, o vaxt Azərbaycanda hərc-mərclik dövrü idi, nizami ordu yox idi, vətəndaş qarşıdurması baş vermişdi.

Vətən müharibəsi zamanı minlərlə igid övladlarımızın qanı-canı bahasına işğaldan azad edilmiş torpaqlar ötən əsrin 90- illərinin əvvəllərində məhz indiki radikal müxalifət təmsilçilərinin hakimiyyət hərisliyinin qurbanına çevrilmişdi. Şuşa şəhərinin, ardından isə Laçın rayonunun ermənilər tərəfindən işğal olunmasına şərait yaradan AXC-Müsavat cütlüyü bundan tramplin kimi istifadə edərək silahlı çevriliş nəticəsində hakimiyyəti qəsb etmişdi.

Azərbaycan Ordusu 2020-ci il noyabrın 8- Şuşanı işğalçılardan təmizləyib. Qəhrəman hərbçilərimiz sıldırım qayaları aşaraq küçə döyüşləri ilə Şuşanı azad etməklə tarixi zəfərə imza atıblar. Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakıdakı Şəhidlər Xiyabanından xalqa müraciətində açıqlayıb: "Əziz həmvətənlər, əziz bacılar qardaşlar! Böyük fəxarət qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!".

Şuşanın azad edilməsi müharibənin taleyinə ciddi təsir göstərib bir gün sonra Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur olub. Şuşanın işğalçılardan azad edilməsi dünya hərb tarixində unikal əməliyyatlar siyahısına düşüb. Azərbaycan əsgəri dağlar, dərələr, meşələr keçərək onlarla kilometr yolu piyada qət edib, müqəddəs şəhərini dişinə qədər silahlanmış düşməndən texnikasız, yüngül silahlarla, süngü-bıçaqla düşməndən geri alıb. İndi inkişaf etmiş ölkələrin hərbi akademiyaları təkcə Şuşanın azad edilməsini deyil, bütünlükdə 44 günlük "Dəmir yumruq" əməliyyatını öyrənir. Azərbaycanın Qarabağı işğaldan azad etməsi ilə nəticələnmiş yeni nəsil müharibə strategiya taktikası artıq nümunəyə çevrilib.

Şəhər azadlığına qovuşandan sonra orada quruculuq yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verilib. Belə ki, hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir: yeni məktəb, məscid, xəstəxana digər əhəmiyyətli obyektlərin, eləcə yaşayış binalarının inşası aparılır. Bu layihələr azad olunan ərazilər, inzibati, tarixi mədəni abidələrlə yanaşı, həm tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənəvi cəhətdən dirçəlir. Bu müddət ərzində Şuşa bir çox yerli, beynəlxalq tədbirlərə evsahibliyi edib. Son iki il ərzində Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşa şəhərinə səfər edərək, orada həyata keçirilən təmir, bərpa yenidənqurma işləri ilə tanış olublar. 2021-ci ilin mayında Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Bu gün fəxr qürur hissilə deyirik ki, artıq Şuşanın işğalı günü yoxdur. Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik biz gəldik. Müzəffər xalq kimi gəldik. Qədim mədəniyyət beşiyi olan Şuşa yenə doğmalarını, qonaqlarını qarşılayır. Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Şuşamız özünün əvvəlki şöhrətini qaytaracaq, regionun, dünyanın ən gözəl məkanlarından biri olacaq.

Mustafa KAMAL,

"Respublika".