Xalqımızın xilaskarı, dövlətimizin qurucusu
Siyasət

Xalqımızın xilaskarı, dövlətimizin qurucusu

Müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan, müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı, ölkədə ictimai-siyasi gərginlik daha da dərinləşərək anarxiya həddinə çatdı. Bu vəziyyət 1993- ilə qədər davam etdi. 1993- ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə xaotik proseslərin qarşısı alındı - ictimai-siyasi sabitlik təmin edildi, ayrı-ayrı siyasi qüvvələrə şəxslərə tabe olan silahlı birləşmələr ləğv olundu. Nizami ordu yaradıldı.

Ulu öndər Heydər Əliyevin ölkədə həyata keçirdiyi xilaskarlıq quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız, demokratik hüquqi dövlətdə yaşamaq imkanı əldə etmiş, öz xoşbəxt gələcəyini təyin etmək üçün bütün təminatlara, ən başlıcası isə siyasi iqtisadi müstəqilliyə nail olmuşdur. Onun rəhbərliyi ilə yürüdülən müdrik siyasət nəticəsində Azərbaycanda demokratik, hüquqi dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli dövlətçilik ənənələrinə beynəlxalq standartlara uyğun köklü islahatlar aparılmışdır.

"Xalq mənə ümid bəsləyir. Mən bu ümidi doğrultmaq üçün həyatımın qalan hissəsini xalqa bağışlamışam ona qurban verməyə hazıram", - deyərək, bütün varlığı ilə bu yöndə örnək çalışmalarını sonadək layiqincə davam etdirdi. Taleyinə yalnız qurmaq yaratmaq missiyası yazılmış bu böyük insan xilaskarlıq missiyasını öz üzərinə götürərək müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi sayəsində xalqımızı bir çox bəlalardan xilas etdi. Bu danılmaz bir həqiqətdir ki, Azərbaycan xalqının dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider Heydər Əliyev olmuşdur. Ulu öndər bütün gücünü milli intibahımıza yönəltdi buna nail oldu.

Bu gün ulu öndəri tanıyan hər bir insan onun şəxsiyyəti xalqımız üçün gördüyü misilsiz işlər barədə fikir yürütməyə mənəvi ehtiyac duyur. Ümummilli liderin parlaq şəxsiyyəti ilə bağlı ən müxtəlif fikir mülahizələr, xoş xatirələr isə sonda bir nöqtədə birləşir: Heydər Əliyev həyatını, bütün mənalı ömrünü yalnız xalqa xidmət etməyə həsr etmişdi!

Heydər Əliyev Azərbaycanda müstəqil dövlətimizin ənənələrinin yaradıcısı milli dövlətçilik təfəkkürünün formalaşmasında tarixi rol oynayan böyük şəxsiyyətdir. Azərbaycan dövlətinin mövcudluğu Onun adı ilə bağlıdır. Heydər Əliyevin siyasi kursu bizim sabahımızın, inkişafımızın, tərəqqimizin qarantıdır.

Ulu öndərin hakimiyyəti dövründə ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində mühüm addımlar atıldı. Ulu öndər Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı əsas diqqəti bu münaqişəyə yönəldərək, Ermənistanın işğalçılıq siyasətini dünyaya bəyan etdi. Ulu öndər Heydər Əliyev dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından Azərbaycan həqiqətlərini, keçmiş Dağlıq Qarabağ probleminin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq erməni yalanlarını faktlarla ifşa edirdi. Lakin xalqımızın bu taleyüklü ağır probleminin həlli Onun özü kimi inandığı davamçısı Prezidentimiz İlham Əliyevin öhdəsinə düşdü. Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı soyqırımı zamanı həlak olan günahsız insanların qisası döyüş meydanında alındı, işğalçı Ermənistana layiq olduğu yer göstərildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz oldu.

Heydər Əliyev şərəfli həyat fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın rəmzi səviyyəsinə yüksəlmişdir. Bu gün hər bir Azərbaycan vətəndaşının qəlbində ulu öndərin ölməz işıqlı obrazı yaşayır.

Hər il xalqımız öz böyük oğluna olan məhəbbət ehtiramının ifadəsi olaraq bu günü təntənə ilə qeyd edir. 2023- il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023- ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncamında da qeyd edildiyi kimi: "Müstəqil Azərbaycan ulu öndərin indiki gələcək nəsillərə əmanəti, onun zəngin çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir".

Bəli, qədər Azərbaycan var, qədər bu xalq var, Heydər Əliyev var olacaq, qəlblərdə yaşayacaq.

Ülviyyə HƏMZƏYEVA,

Milli Məclisin deputatı.