Bildiriş
Reklam və elanlar

Bildiriş

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi 22 iyun tarixində dərc olunmuş Bildirişə əlavə olaraq, satınalmalarda şəffaflığı təmin etmək üçün respublika ərazisində daşqınların qarşısının alınmasının aradan qaldırılması məqsədilə Kür çayının aşağı axarında, həmçinin Salyan və Neftçala rayonlarından keçən hissələrində çayın ötürücülük qabiliyyətinin artırılması üçün dibdərinləşdirmə işlərinin aparılmasının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin tələblərinə uyğun olaraq  “Təkliflər sorğusu” üsulu ilə müsabiqənin keçirilməsi müddətini uzadır.

Müsabiqədə iştirak etmək istəyənlər 08 iyul 2021-ci  il saat 11:00-dək Bakı şəhəri, Füzuli küçəsi, bina 69, 5-ci mərtəbə, 522-ci otağa müraciət edə bilərlər. Təkliflər sorğusu 08 iyul 2021-ci il saat 12:00-da keçiriləcəkdir. Əlaqələndirici şəxs: Dilarə Qasımova, tel.: 512-22-68


Malgöndərən təşkilatın sorğusu əsasında Ədliyyə Nazirliyi tərəfindən maliyyələşməsi həyata keçirilən məhkəmələrə kompüter və digər avadanlıqların satınalınması ilə bağlı keçiriləcək açıq tenderin ilkin sənədlərinin qəbulu 05 iyul 2021-ci il saat 09:00-a, təkliflərin son təqdimat tarixi 13 iyul 2021-ci il saat 17:00-a qədər və zərflərin açılışı isə 14 iyul 2021-ci il saat 09:00-a qədər uzadılmışdır.


Bakı Nəqliyyat Agentliyi tərəfindən “Agentliyin balansında olan printerlər üçün kartriclərin alınması, dolumu və texniki xidmətlərinin satınalınması” ilə əlaqədar keçirilmiş kotirovka sorğusu prosedurunun yekun protokoluna əsasən f/ş Eyvazov Emin Hüseynağa oğlu qalib elan edilmiş və müvafiq satınalma müqaviləsi 01 iyul 2021-ci il tarixində həmin təşkilatla bağlanılmışdır.


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi telekommunikasiya xidmətlərinin satınalınması ilə bağlı Dövlət Gömrük Komitəsi və “Azərcell Telekom” MMC arasında 02 iyul 2021-ci il tarixli 2021-0207 nömrəli satınalma müqaviləsi imzalanmışdır.


30 iyul 2021-ci il tarixdə saat 09:00 “Bakı Ovuntu Metallurgiya” ASC-nin  səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.