Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Açıq tender barədə BİLDİRİŞ
Reklam və elanlar

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Açıq tender barədə BİLDİRİŞ

Heyvanlar arasında Çiçək, Nodulyar Dermatit, Qarayara və Bruselyoz xəstəliklərinə qarşı peyvənd vasitələrinin (vaksinlərin) satın alınması üzrə 2023-cü il 15 iyul tarixində elan edilmiş açıq tender prosedurunda dövlət satınalmalarının vahid internet portalında tələb olunan sənədlərin son təqdim edilmə tarixi tenderin əsas şərtlər toplusunda 16.08.2023-cü il saat 12:00-a kimi qeyd edilməsinə baxmayaraq, portalda elektron təqvim tərəfindən avtomatik şəkildə 18.08.2023-cü il saat 12:00-a qəbul edilmişdir.

Tələb olunan sənədlərin (qiymət təklifi və bank qarantiyası istisna olmaqla) son təqdim edilmə tarixi 18.08.2023-cü il saat 12:00-a kimi nəzərə alınmalıdır. Maraqlı tərəflər ətraflı məlumat əldə etmək üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər. Əlaqə telefonu: (012) 498 89 14 (İP 5023) Pərvanə Sultanəliyeva

TENDER KOMİSSİYASI.