TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 LOT üzrə keçirilir:

Minik tipli nəqliyyat vasitəsinin (lizinq vasitəsilə) satın alınması

Tender iştirakçıları https://www.etender.gov.az dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzalar vasitəsilə daxil olmaqla tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İxtisas uyğunluğunun müəyyənləşdirilməsində analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensial meyarlara üstünlük veriləcəkdir.

İştirak haqqı - nəzərdə tutulmamışdır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.Tenderdə iştirak üçün müraciət ərizəsi

2.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

3. Tender təklifinin 1 faizi məbləğində bank təminatı

4. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasıın Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 28 iyul 2021-ci il saat 16:30-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

Tender təklifi və bank təminatı 05 avqust 2021-ci il saat 17:30 tarixinə qədər elektron qaydada təqdim edilməlidirlər.

İddiaçıların təklifləri 06 avqust 2021-ci il saat 16:30-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.


ŞƏMKİR RAYON İCRA HAKİMİYYƏTİ

AÇıq Tender elan edir

Tender 2 (iki) LOT üzrə keçirilir.

Lot 1. Abadlıq işlərinin aparılması

Lot 2. Yolların əsaslı təmiri.

Tender iştirakçılarına təklif edilir ki, www.etender.gov.az öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar Lotlar üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 250 (iki yüz əlli) manat

Şəmkir Rayon İcra Hakimiyyəti

Hesab: AZ51CTRE00000000000002513831

VÖEN: 8500207251

Bank: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T.  BİK CTREAZ 22

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (zərflərin açıldığı tarixdən azı 60 (altmış) bank günü çox olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar (elanın verildiyi tarixdən sonra alınmalıdır);

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı (elanın verildiyi tarixdən sonra alınmalıdır);

-iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-Əsas şərtlər toplusunda qeyd olunan müvafiq sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır.

İddiaçılar Tender ilə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 29 iyul 2021-ci il saat 11:00-a qədər və tender təklifi və bank təminatı sənədlərini 06 avqust 2021-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 09 avqust 2021-ci il saat 11:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.


Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi tərəfindən AMEA Milli Azərbaycan Tarixi Muzeyinin və onun zəngin kolleksiyasının təhlükəsizliyini təmin edən texniki servis xidmətlərinin həyata keçirilməsi məqsədilə avtomatik yanğınsöndürmə və mühafizə sisteminin bərpası və servis xidmətinin satınalınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.

Lot-1. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin və onun zəngin kolleksiyasının təhlükəsizliyini təmin edən texniki servis xidmətlərinin həyata keçirilməsi məqsədilə avtomatik yanğınsöndürmə və mühafizə sisteminin bərpası və servis xidmətinin satınalınması.

Tender iştirakçılarına təklif olunur ki, dövlət satınalmalarının https//www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İddiaçılar 50,00 (əlli) manat məbləğdə iştirak haqqını (ASAN ödəniş vasitəsilə) aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi

VÖEN: 1700007431  

Bank: DXA         

Kod: 210005

VÖEN: 1401555071

M/H: AZ41NABZ01360100000000003944

SWİFT: CTREAZ22

H/H: AZ28CTRE00000000000004138316

Fond: 7, Büdcə təsnifatı kodu: 142330

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (təklif zərfləri açıldığı gündən sonra ən azı 60 bank günü ərzində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;

- son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;

- iddiaçıların son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçıların son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna aid məlumat (əsas şərtlər toplusunun “malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna aid məlumat forması”na uyğun olaraq);

-  müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması barədə məlumatlar;

- kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə (VÖEN);

-  mənfəət vergi bəyannaməsi (əvvəlki ilin);

- kommersiya qurumunun mikro, kiçik və ya orta sahibkarlıq subyekti meyarına aid olması və bu barədə vergi orqanından müvafiq arayış.

Sənədlər Azərbaycan dilində, 2 (iki) nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Üstünlük Azərbaycan dilinə veriləcəkdir.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçiriləcəkdir.

Tenderlə əlaqədar məlumat almaq üçün aşağıdakı şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs: Kamran Mustafayev

Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 30 ünvanında yerləşən AMEA Rəyasət Heyətinin inzibati binası.

Telefon: (012) 492 83 98

E-mail: [email protected]

İddiaçılar tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 29 iyul 2021-ci il saat 11:00-a, tender təklifini və təklifin bank təminatını isə 06 avqust 2021-ci il saat 16:00-dək elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portal vasitəsilə qəbul olunmayacaqdır.

İddiaçıların tender təklifi zərfləri 09 avqust 2021-ci il saat 11:00-da dövlət satınalmalarının vahid internet portal vasitəsilə açılacaqdır. Elektron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elektron portal vasitəsilə izləyə bilər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.