Bildiriş
Reklam və elanlar

Bildiriş

"Azərpambıq ASK" MMC Saatlı PİEZ-də yenidənqurma və təmir işləri aparılması üçün tələb olunan inşaat avadanlıqlarının satın alınmasına dair 01.07.2021-ci il tarixində elan olunmuş elektron açıq tender prosedurunda təklif vermiş iddiaçıların sayı üçdən az olduğuna görə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən tenderin davamından imtina edir.


"Azərpambıq ASK" MMC Saatlı PİEZ-də yenidənqurma işlərin aparılması üçün tələb olunan avadanlıqlarının icarəsinin satın alınmasına dair 08.07.2021-ci il tarixində elan olunmuş elektron açıq tender prosedurunda təklif vermiş iddiaçıların sayı üçdən az olduğuna görə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən tenderin davamından imtina edir.


Kənd Təsərrüfatı Nazirliyi və "SS.PROJE" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Astara və Xaçmaz rayonlarında fumiqasiya mərkəzlərinin layihələndirilməsi üzrə 120.999,56 manat dəyərində müvafiq müqavilə bağlanmışdır.


Kənd Təsərrüfatı Nazirliyi və "CASPİAN EQUİPMENT COMPANY" QAPALI SƏHMDAR CƏMİYYƏTİ arasında Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Fillokseraya davamlı calaq üzüm əkin materialının istehsalı üçün calaq kompleksinin mebel və avadanlıqlarla təchizatı üzrə 26.000,00 manat dəyərində müvafiq müqavilə bağlanmışdır.