BİLDİRİŞ
Reklam və elanlar

BİLDİRİŞ

"BAKLİFT-1" İXTİSASLAŞDIRILMIŞ İSTEHSALAT İDARƏSİ tərəfindən 23 aprel 2022-ci il tarixində elanı verilmiş lift ehtiyat hissələrinin satınalınması məqsədilə keçirilən elektron tenderin qalibi "Supply-A" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. "Supply-A" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 04 iyul 2022-ci il tarixində 229900,58 AZN (İki yüz iyirmi doqquz min doqquz yüz manat, əlli səkkiz qəpik) məbləğində müqavilə bağlanmışdır.


"AzerGold" QSC tərəfindən "Qiymətli metalların beynəlxalq istiqamətlərdə daşınması xidmətinin satınalınması" üçün 21 iyun 2022-ci il tarixində elan edilmiş təkliflər sorğusu üzrə malgöndərənin sorğusu əsasında "Dövlət satınalmaları haqqında" Qanunun 30.2-ci maddəsinə əsasən ixtisas göstəricilərinə dair sənədlərin və kommersiya təklifinin qəbulu tarixi 14 iyul 2022-ci il saat 15.00-dək uzadılır. Təkliflər sorğusu üzrə təklif zərflərinin açılışı 15 iyul 2022-ci il tarixində saat 15.30-da keçiriləcəkdir.