16,6 min şəxsə əlillik təyin edilib
Sosial həyat

16,6 min şəxsə əlillik təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-aprel aylarında 16,6 min şəxsə əlillik təyin edilib. Nazirliyin mətbuat xidmətinin 16 may tarixli məlumatında bildirilir.

Onlardan 7,8 mininə ilkin, 8,8 mininə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisələrinin e-sistemə daxil etdiyi göndərişlər əsasında aparılır. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

“Respublika”.