Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 4 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 4 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 min 725 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 573 nəfər müalicə olunaraq sağalıb, 9 min 964 nəfər vəfat edib. Aktiv xəstə sayı 188 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 752, bu günə qədər isə ümumilikdə 7 milyon 345 min 149 test icra olunub.

 AZƏRTAC