Silsilə tədbirlər davam edir
Digər xəbərlər

Silsilə tədbirlər davam edir

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar partiyanın Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər davam edir.

Tədbirlər Planı çərçivəsində noyabrın 16-da partiyanın Goranboy, Qobustan və Yasamal rayon təşkilatları tərəfindən tədbirlər keçirilib.

Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Keçirilən tədbirlərdə - Goranboy rayonunda YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, YAP İdarə Heyətinin üzvü Amin İsmayılov, Milli Məclisin deputatı Ağalar Vəliyev, Qobustan rayonunda YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Yasamal rayonunda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, YAP Veteranlar Şurasının üzvü, "91-lər"dən Şahlar Əsgərov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və başqaları çıxış ediblər.

Çıxışlarda ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən və əbədiyaşar ideyalarından, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən, YAP-ın 30 il ərzində keçdiyi şərəfli inkişaf yolundan bəhs edilib.

Tədbirlərdə YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri və partiya fəallarına fəxri fərmanlar təqdim edilib.

 

X.KOSAYEV,

“Respublika”.