TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

TENDERDƏ İŞTİRAKA DƏVƏT (TİD)

"Daşkəsən Dəmir Filiz" MMC AÇIQ TENDERƏ DƏVƏT EDİR

Daşkəsən dəmir filizi ərazisində Köməkçi Binaların və İnfrastruktur Tikililərin Söküntü İşləri"nin satın alınması

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İxtisas uyğunluğunun müəyyənləşdirilməsində analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensial meyarlara üstünlük veriləcəkdir. Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra ödəniş sənədini və tenderdə iştirak etmək üçün rəsmi müraciət ərizəsini "Daşkəsən Dəmir Filiz" MMC-nin Tender Komissiyasına (Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H, Əlaqələndirici şəxs: Anna Elyaşina, E-poçt: [email protected], Tel: 012-585-77-88 (1250), I-V günlər, saat 09:00-dan 18:00-dək) təqdim etməklə Azərbaycan dilində tərtib olunmuş Əsas Şərtlər Toplusunu əldə edə bilərlər.

İştirak haqqı - 1500 (bir min beş yüz) AZN

Satınalan təşkilat: "Daşkəsən Dəmir Filiz" MMC

VÖEN: 4900437551

Bank : Paşa Bank ASC

KOD: 505141

Müxbir Hesabı:

AZ82NABZ01360100000000071944

VÖEN: 1700767721

SWIFT PAHAAZ22

H/HESABI:

AZ37PAHA38010AZNHC0100306452

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (Sənədin originalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir)

2. Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 50 bank günü qüvvədə olmalıdır);

3. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (Müvafiq vergi orqanı tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır və malgöndərənin öz öhdəliklərini yerinə yetirmək üçün potensial imkana malik olmasını təsdiq etməlidir, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır);

5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2021-ci il üzrə);

6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (sənədin originalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir). Tender elanı tarixindən sonrakı tarixə bank tərəfindən təqdim olunmalıdır;

7. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması (İddiaçılar tərəfindən müvafiq sahədə peşəkarlığını, təcrübəsini və ixtisaslı kadr imkanlarının mövcudluğu barədə təsdiqedici sənədlər təqdim edilməlidir (büdcə və ya fərdi sahibkarlarla müqavilələrin surətləri, layihənin həyata keçirilməsində iştirak edəcək işçilərin CV və mövcud sertifikatlar);

8. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması; Malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışın və vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti (sənədin notarial qaydada təsdiq edilməsi mütləqdir);

9. Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat (Statistika Komitəsindən alınmalıdır. Sənədin orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Arayış 2022-ci ilin 10 may tarixindən sonra verilmiş olmalıdır. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir);

10. Öz əmlakından sərbəst və məhdu

diyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması; Malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından alır. (Əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi mütləqdir) Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır;

11. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması; Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir. Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır;

12. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi; Məhkumluq haqqında arayış (DİN və ya ASAN xidmət mərkəzlərindən). Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır;

13. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziya və ya icazə: Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinə dair Lisenziya və onun aşağıdakı Əlavələri:

- Xüsusi torpaq işləri

- Qazma işləri və qaya torpaqlarının çıxarılması

- Beton və dəmir-beton konstruksiyaların quraşdırılması

- Mühəndis-kommunikasiya və şəbəkələrinin qurulması işləri

- Xüsusi qurğuların tikintisi və quraşdırılması

- Sənaye və mülki obyektlərin tikintisi

- Körpülərin, estakadaların və yol ötürücülərinin tikintisi radiorabitə, radio və televiziya qurğuları və qüllələr

- Metal və ağac konstruksiyaların quraşdırılması

- Sənaye və mülki obyektlərin tikintisi. Aşırımı 24 metrədək

- Hidrotexniki işlər. Su anbarı.

14. Bu ƏŞT-nin "Əlavələr" bölməsində müəyyən edilmiş "İxtisas göstəriciləri üzrə məlumat" formasında tərtib olunmuş rəsmi sənəd (həmin formada tələb olunan məlumatlar yazılmaqla və yardımçı sənədlər əlavə edilməklə);

15. Bu ƏŞT-nin "Əlavələr" bölməsində müəyyən edilmiş "Tender iştirakçısının komplekt anket forması"nda tərtib olunmuş rəsmi sənəd (formada tələb olunan məlumatlar yazılmaqla);

16. Bu ƏŞT-nin "Əlavələr" bölməsində müəyyən edilmiş "Texniki imkanlar üzrə uyğunluq" formasında tərtib olunmuş rəsmi sənəd;

17. Bu ƏŞT-nin "Əlavələr" bölməsində müəyyən edilmiş "Kadr imkanları üzrə uyğunluq" formasında tərtib olunmuş rəsmi sənəd;

18. Digər müvafiq sənədlər (Əsas Şərtlər Toplusunda müəyyən edilmiş müvafiq sənədlər).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) təqdim olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 23 dekabr 2022-ci il saat 15:00-a qədər, tender təklifi və tender təklifinin təminatını isə möhürlənmiş, imzalanmış və ikiqat zərfdə olmaqla 2 nüsxədə (əsli və surəti) 6 yanvar 2023-ci il saat 15:00-a qədər "Daşkəsən Dəmir Filiz" MMC-nin Tender Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Tender üzrə təklif zərflərinin açılışı 9 yanvar 2023-ci il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanında keçiriləcəkdir. İddiaçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.