Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Yeyilə bilən batareya istehsal edildi

İtaliya Texnologiya İnstitutunun (IIT) tədqiqatçıları gündəlik həyatda qida kimi istehlak edilən məhsullardan istifadə edərək  təkrar doldurula  yeyilə bilən batareya istehsal ediblər. "Technology Networks"un  xəbərinə görə, batareya yeyilə bilən yumşaq robotlar kimi sağlamlıq diaqnozunun qoyulması qida keyfiyyətinin izlənməsi üçün istifadə edilə bilər.

Tədqiqat Milanda IIT Çap Molekulyar Elektronika Laboratoriyasının koordinatoru Mario Caironinin rəhbərlik etdiyi qrup tərəfindən aparılıb. Yeni texnologiya mədə-bağırsaq  xəstəliklərinin diaqnostikası müalicəsi, o cümlədən qida keyfiyyətinin izlənilməsi üçün nəzərdə tutulub.

Canlılarda meydana gələn  biokimyəvi redoks reaksiyalarından ilhamlanan tədqiqatçılar, batareyanın istehsalında  badam, kapari nori yosunlarından yararlanıblar. Suşinin tərkibinə qatılan nori adlı dəniz yosunu qısa qapanmaların qarşısını almaq, elektrik keçiriciliyini artırmaq üçün isə aktivləşdirilmiş kömür su əsaslı elektrolitdən istifadə edilib.

Batareya yeyildikdə  0,65 volt istehsal edir ki, bu da insan orqanizmi üçün heç bir  təhlükə yaratmır. Zəif gücə malik LED lampaları kimi kiçik elektron cihazları qısa müddət ərzində çalışdıran  təkrar şarj edilən batareyanın yeyilə bilən texnoloji məhsulların istehsalına imkan verəcəyi güman edilir.

 

Xərçəngin müalicəsində inqilabi yenilik

Son dövrlər xərçəngin çarəsini tapmaq üçün davamlı olaraq araşdırmalar aparılmaqdadır. Bu dəfə isə ABŞ-ın Stanford Tibb Məktəbinin  tədqiqatçıları xəstəliyin müalicəsində inqilab yaradacaq  kəşfə imza atıblar. Belə ki, elm adamları insanlarda olan "Staphylococcus epidermidis" adlı bakteriyanın genomunu dəyişdirərək xərçəng xəstəliyinin qarşısını almaq üçün müalicə üsulu hazırlayıblar.

Dəri xərçəngi olan siçanlar üzərində təcrübə aparan alimlər  uğurlu nəticələr əldə ediblər. Dəridə olan  bəzi bakteriyalardan istifadə edən elm adamları xərçənglə mübarizə aparmaq üçün onların genomlarını dəyişdiriblər.

Təcrübə  zamanı dəyişdirilmiş bakteriyalar xərçəng xəstəliyi olan  siçanların vücuduna yeridilib. Nəticədə şişlərin tədricən azaldığı müşahidə edilib. Alimlər müəyyən ediblər ki, bu bakteriya immun hüceyrələri olan CD8 T hüceyrələrinin istehsalına zəmin yaradır. Qeyd edək ki, bəhs olunan bakteriya  siçanların tükündən götürülmüş "Staphylococcus epidermidis" adlı bakteriyadır. Sözügedən bakteriya immun sistemini stimullaşdıran zülalın istehsalı üçün dəyişdirilib.

"Bakteriyanın  xüsusən tətbiq etdiyimiz yerdən uzaq bir nahiyədə şişləri yoxa çıxarması bizi  təəccübləndirdi. Təbii ki, hələlik dəqiq heç demək olmaz. Çünki "Staphylococcus epidermidis" bakteriyalarının siçanlarda olduğu kimi, insanlarda da  immun reaksiyasına səbəb olub-olmadığını bilmirik. Ancaq fərqli bir bakteriya istifadə edilə bilər. Ona görə tədqiqatın perspektivli olduğunu deyə bilərik", - deyə tədqiqat müəllifi Fiscbach verdiyi açıqlamada bildirib.

Tədqiqatçılar müalicə ilə bağlı daha çox araşdırmaya ehtiyac olduğunu söyləsələr , bir neçə ilə insanlar üzərində sınaqlara başlayacaqlarını qeyd ediblər.

 

Smartfonlar öz istifadəçilərini dinləyir?

Bəzi insanlar düşünürlər ki, Android smartfonlar istifadəçiləri dinləyərək əldə edilmiş məlumatlar əsasında onlara  reklam elanlarını sərgiləyir. Elə bu səbəblə Britaniyanın Daily Mail nəşr evinin jurnalistləri smartfonların öz istifadəçilərini həqiqətən dinləyib-dinləmədiyini yoxlamaq üçün təcrübə aparıblar.

Jurnalistlər tərəfindən aparılmış təcrübənin nəticələri  mobil cihazlardakı kontekst reklamın mənşəyini təyin etməyə imkan verib. Təcrübə üçün jurnalistlər ayarları sıfırlanmış daxilində "Google" hesabına giriş edilmiş "Samsung" smartfonundan istifadə ediblər. Hesab isə Robin adlı 22 yaşlı xəyali şəxsin adına qeydiyyatdan keçirilib. Daily Mail əməkdaşı smartfondan aktiv şəkildə istifadə edib daimi şəkildə müxtəlif məhsulların adlarını bərk səslə səsləndirib. 2 gün ərzində davam etmiş təcrübənin nəticələrinə əsasən, reklam elanları bərk səslə səsləndirilmiş açar sözlərə fokuslanmayıb. Lakin mobil "Google Search" "Google Assistant" səsli köməkçi vasitəsilə axtarış prosesi reklam elanlarının seçilməsi alqoritminin işini tamamilə dəyişib. Belə ki, Daily Mail əməkdaşı "Google Search" vasitəsilə bir neçə məhsulun axtarışını reallaşdırandan sonra axtarılmış məhsullar üzrə reklamlar daimi şəkildə sərgilənməyə başlayıb.

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislərdən birinin sözlərinə görə, "Google" öz istifadəçilərini 2 səbəbə görə dinləməyə ehtiyac duymur. Birincisi, şirkət istifadəçi barəsində məlumat əldə etmək üçün digər üsullara sahibdir. İkincisi isə istifadəçilərin dinlənilməsi baha başa gəlir.

 

Pilotsuz avtomobil konsepti təqdim edilib

Çinin ən nəhəng mobil taksi şirkətlərindən biri olan "DidiŞanxayda keçirilmiş tədbir çərçivəsində Neuron adlı pilotsuz avtomobilini ictimaiyyətə təqdim edib.

Türkiyə mətbuatının yaydığı məlumata görə, şirkət artıq 4- səviyyəli avtopilot sisteminə sahibdir. Təqdimat zamanı avtomobilin avtopilot sistemini sərgiləməyən şirkətəsas diqqəti onun dizaynına bəzi imkanlarına yönəldib. rəngdə olan avtomobil sürücü üçün nəzərdə tutulmuş oturacağa sahib deyil. Avtomobilin ön hissəsində 3 ədəd, arxa hissəsində isə 2 ədəd ekran yerləşir.

Bununla yanaşı, avtomobil 8 ədəd kamera çox sayda müxtəlif sensorlarla təchiz olunub. Yükdaşıma hissəsində robotlaşdırılmış tutacaq var ki, bu da sərnişinlərin yüklərini avtomobilə yerləşdirmək üçün nəzərdə tutulub. Pilotsuz avtomobilin zaman istifadəyə veriləcəyi qeyd edilməyib. Qeyd edək ki, şirkət Şanxayın bəzi rayonlarında artıq pilotsuz avtomobil daşınması xidmətini təklif edir. Onun bu xidməti isə "Robotaxi" adlanır. 2025-ci ildə isə şirkət öz pilotsuz avtomobillər parkını avtomobil istehsalçıları ilə əməkdaşlıq çərçivəsində yeniləməyi planlaşdırır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".